Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Digərləri 22 Yan 2026 09:56:00 63 0
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bu xəbəri də oxu: Gürcüstanda ova gedən azərbaycanlının meyiti tapıldı
Son.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunan "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, "Təhsil haqqında" Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilən "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na əsasən, yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.
Bu xüsusda sözügedən məsələ ilə bağlı yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə "Təhsil haqqında" Qanunda dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklərin təsbit olunması təklif edilir.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Siyasi rejimlər dağılanda bu, demək olar ki, heç vaxt kənardan endirilən
Əmtəə bazarlarında qızıl üzrə fyuçers qiymətlərində geriləmə qeyd�
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Əməkdar artist Fərqanə Qasımovanın dördüncü övladı Həlimənin fotosu
Arıqlamaq istəyi bir çox insan üçün sağlamlıq məqsədi daşısa da, bə
Əksər insanların gündəlik həyatda bilmədən tətbiq etdiyi bəzi vərdiş
Kreatin uzun illərdir əsasən idmançılar və əzələ gücü ilə əlaqələ
"Qrup diet proqramları son illərdə geniş yayılmış və xüsusilə sos
Uzun illərdir qidalanma ilə bağlı müzakirələrin mərkəzində olan yumurt
Soyuq və günəşsiz qış aylarında bir çox insanda halsızlıq və əhval d
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda
Türkiyəli müğənni-aktrisa Hülya Avşar nənə olmaq istədiyini açıqlay�
Sumqayıtda baş verən qəza zamanı xəsarət alan şəxslərin vəziyyəti a�
