Mingəçevirdə mənzilindən kişi meyiti tapılıb
Sosial 17 Mar 2018 20:32:17 234 0
Kişinin öz əcəli ilə köməksiz şəraitdə vəfat etdiyi ehtimal olunur
Mingəçevir şəhərində mənzildən kişi meyiti aşkar edilib.
"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 21, mənzil 3 ünvanında qeydə alınıb.
Qonşuların məlumatı əsasında həmin binanın birinci mərtəbəsindəki mənzilə pəncərədən daxil olan hüquq-mühafizə orqanları əməkdaşları 1936-ci il təvəllüdlü ev sahibi Çingiz Bənəçi oğu Qarayevi ölmüş vəziyyətdə aşkar ediblər.
Kişinin öz əcəli ilə köməksiz şəraitdə vəfat etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az