Abşeronda evdə tək yaşayan kişinin meyiti aşkarlanıb


Sosial 17 Mar 2018 02:53:04 333 0

Abşeronda evdə tək yaşayan kişinin meyiti aşkarlanıb

Onun ürək tutmasından öldüyü ehtimal edilir

Abşeronda mənzildə meyit aşkarlanıb.

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən mənzillərin birində baş verib.

1969-cu il təvəllüdlü Cəmilov Rauf Süleyman oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Onun meyiti ölüm səbəbinin araşdırılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinə təhvil verilib. 

Ekspertlərin ilkin rəyinə görə, onun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.