Ağsuda ağır yol qəzası baş verib, 6 nəfər ölüb, 1 nəfər yaralanıb


Sosial 16 Mar 2018 19:42:42 235 0

Ağsuda ağır yol qəzası baş verib, 6 nəfər ölüb, 1 nəfər yaralanıb

Faktla bağlı araşdırma aparılır

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şirvan bürosu xəbər verir ki, qəza Ağsu-Kürdəmir yolunun Ağsu rayonunun Muradlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. 

Nəticədə 6 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.