Bakıda tanınmış aktyor yol qəzası zamanı xəsarət alıb


Sosial 16 Mar 2018 00:17:56 381 0

Bakıda tanınmış aktyor yol qəzası zamanı xəsarət alıb

Hadisə "Jiquli"nin yol kənarında duran "Mercedes"ə çırpılması nəticəsində baş verib

Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Həziyev Yasin Qəni oğlu idarə etdiyi "90-XL-449" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb (Maşının benzin nasosu xarab olub). Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb.

Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Məmmədov Firdovsi Teyyub oğlunun idarə etdiyi "10-LB-746" dövlət qeydiyyat nişanlı "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə aktyor F.Məmmədov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Aktyor Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.