Metroda xətlər ayrılır: İşlər nə vaxt bitəcək?
Digərləri 20 Yan 2026 11:01:00 68 0
"Xətlərin ayrılması layihəsi hazırda bizim başladığımız işlərin ardıcıllığına uyğun şəkildə davam etdirilir".
Bu xəbəri də oxu: Xanımı maşını park edə bilmədi, kömək əvəzinə, eyvandan ÇƏKDİ
Son.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində 28 May və Cəfər Cabbarlı stansiyalarının yaxınlığında yerləşən iki qazma-hazırlıq şaxtasında işlər artıq tamamlanıb. Hazırda tunel səviyyəsinə enilib və xətlərin fiziki olaraq ayrılması üçün hazırlıq mərhələsinə start verilib. İnşaat işləri ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla xüsusi və etibarlı üsullarla aparılır. Xətlərin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam edəcəyi gözlənilir.
Bəxtiyar Məmmədov bildirib ki, paralel olaraq digər infrastruktur layihələri də icra olunur. Belə ki, 28 May və Cəfər Cabbarlı stansiyaları arasında yeni piyada tunelinin qazıntı işlərinə başlanılıb. "İçərişəhər" stansiyasının yaxınlığında isə dönmə kamerasının inşası üçün kommunikasiya xətlərinin köçürülməsi mərhələsi həyata keçirilir. Qeyd olunub ki, bu işlər ətrafdakı binalara və mövcud infrastruktura zərər vurulmadan aparılır.
"20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı əvv
Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli M�
2026-cı ilin qışı beş bürcün nümayəndələri üçün karyera baxımınd
Bu gün 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə ölkənin müxt
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağl�
ABŞ-nin Miçiqan ştatında güclü qar yağışı səbəbindən 100-dən çox
Qanlı Yanvar hadisələrindən 36 il ötür. Hər il olduğu kimi, faciənin n�
Azərbaycanın keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə a�
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyaban�
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona təqdim olunmamasın
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlə
Aparıcı Saleh Bağırov şəxsi həyatı ilə bağlı açıqlama verib.
