Hazırda bu yollar bağlanıb Sürücülərə XƏBƏRDARLIQ
Digərləri 20 Yan 2026 09:29:00 66 0
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdirilib.
Bu xəbəri də oxu: Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib
Bu barədə Son.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdirilib.
"Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə edirik"- məlumatda qeyd edilib.
Ayxan Son.azAparıcı Saleh Bağırov şəxsi həyatı ilə bağlı açıqlama verib.
Bəstəkar-müğənni Zülfi Bədəlov yenidən nişanlanıb.
Polşada nikah şəhadətnamələrindəki "ər" və "arvad"
Qırğızıstanın paytaxtı Bişkek bir həftə ərzində ikinci dəfə dünyan
Makaronun yanlış üsulla və ya lazım olandan artıq bişirilməsi onun xəm
Çində aparılan araşdırma musiqi ilə ürək sağlamlığı arasındakı əl
D vitamini, xüsusilə, qış dövründə immunitetin, sümük sağlamlığını
"Mecum" hərracına çıxarılan "Chevrolet Camaro" modellə
Çin yanvarın 1-dən Rusiyadan elektrik enerjisi idxalını tam dayandırıb. &
İnternet sürətindən narazısınızsa, bir neçə sadə üsulla modeminizin p
"FlyDubai" aviaşirkətinə məxsus, Dubay - Kazan marşrutu üzrə h�
ABŞ dollarının dünya ehtiyatlarındakı payı son 20 il ərzində minimuma d
Rusiya qoşunları artıq Ukrayna ərazisinə yeni kütləvi zərbə endirməyə
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alını
