Qışda D vitamini çatışmazlığı kimlər üçün daha təhlükəlidir?
Digərləri 20 Yan 2026 03:03:00 55 0
D vitamini, xüsusilə, qış dövründə immunitetin, sümük sağlamlığının və ümumi sağlamlığın qorunması üçün əsas qida maddələrindən biridir. Onun bu mövsümdə xüsusi əhəmiyyət kəsb etməsi günəş işığının azalması ilə bağlıdır. Belə ki, dəri D vitaminini ultrabənövşəyi şüaların təsiri altında sintez edir və qış aylarında bu proses xeyli məhdudlaşır.
Bu xəbəri də oxu: Evini kirayə verməyinə peşman oldu “müharibə zonasına” çevirdilər
Son.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya açıqlamasında Aleksandr Konkov məlumat verib.
Onun sözlərinə görə, D vitamini, xüsusilə, uşaqlar və yeniyetmələr üçün həyati əhəmiyyət daşıyır. Böyümə dövründə bu vitaminin çatışmazlığı skeletin, dişlərin və əzələ sisteminin düzgün formalaşmasına mənfi təsir göstərir. Nəticədə uşaqlarda raxitə bənzər əlamətlər, ümumi zəiflik və fiziki inkişafın ləngiməsi müşahidə oluna bilər.
Mütəxəssis bildirib ki, yaşlı insanlar üçün də D vitamini son dərəcə vacibdir. Yaş artdıqca dərinin bu vitamini sintez etmə qabiliyyəti azalır, sümüklər isə daha kövrək olur. D vitamininin çatışmazlığı osteoporozun inkişafına, sınıqların və yıxılma riskinin artmasına gətirib çıxarır.
Ekspert qeyd edib ki, D vitamini hamilə və süd verən qadınlar üçün də mühüm əhəmiyyət daşıyır.
"Mecum" hərracına çıxarılan "Chevrolet Camaro" modellə
Çin yanvarın 1-dən Rusiyadan elektrik enerjisi idxalını tam dayandırıb. &
İnternet sürətindən narazısınızsa, bir neçə sadə üsulla modeminizin p
"FlyDubai" aviaşirkətinə məxsus, Dubay - Kazan marşrutu üzrə h�
ABŞ dollarının dünya ehtiyatlarındakı payı son 20 il ərzində minimuma d
Rusiya qoşunları artıq Ukrayna ərazisinə yeni kütləvi zərbə endirməyə
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alını
"İran tərəfindən ehtimal olunan hücum baş verərsə, İsrail görünm
"Səhhətimdə ciddi problem var. Ona görə də çox verilişdən imtina e
Dairədəki adacıq təhlükəli vəziyyət yaradır.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirm
Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 20 Yanvar faciə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.
