"Bütün görülən işlər sərnişinlərin təhlükəsizliyinin təmininə yönəlib"
Digərləri 20 Yan 2026 11:29:00 66 0
"Bakı Metropolitenində təhlükəsizliyin artırılması hər zaman əsas prioritet məsələlərdən biri olub və bu istiqamətdə görülən işlər kompleks xarakter daşıyır".
Bu xəbəri də oxu: İsrail səfirliyi 20 Yanvarla bağlı paylaşım etdi
Son.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, metropolitenin fəaliyyətində sərnişinlərin təhlükəsiz daşınması və qatarların hərəkətinin fasiləsizliyinin təmin olunması əsas şərt kimi müəyyən edilib:
"Eyni zamanda, bütün texniki qurğuların, tunellərin və infrastruktur obyektlərinin təhlükəsiz istismarı daim nəzarətdə saxlanılır".
B.Məmmədov bildirib ki, stansiya və qatarlarda sanitar-gigiyenik normalara ciddi riayət olunur, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün isə müasir sistemlər tətbiq edilir və preventiv tədbirlər görülür:
"Bakı Metropoliteni dünya təcrübəsini və mövcud infrastrukturun xüsusiyyətlərini nəzərə alaraq təhlükəsizlik sahəsində mütəmadi yeniliklər həyata keçirir. Təhlükəsizlik tədbirlərinin effektivliyini artırmaq məqsədilə xüsusi qiymətləndirmə və monitorinqlər aparılır".
Vurğulayıb ki, tətbiq edilən hər bir texnoloji yenilik ilk növbədə təhlükəsizlik baxımından dəyərləndirilir:
"Prosesin davamlı xarakter daşıması səbəbindən konkret yeniliklərin tətbiq vaxtını dəqiq demək çətin olsa da, görülən bütün tədbirlər sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib".
Mina Mikayılova Son.az
Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsinin qurbanlarını yad edib.
"Metropolitendə xidmət keyfiyyətinin artırılması və qatarlararası i
"Xətlərin ayrılması layihəsi hazırda bizim başladığımız işləri
"20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı əvv
Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli M�
2026-cı ilin qışı beş bürcün nümayəndələri üçün karyera baxımınd
Bu gün 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə ölkənin müxt
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağl�
ABŞ-nin Miçiqan ştatında güclü qar yağışı səbəbindən 100-dən çox
Qanlı Yanvar hadisələrindən 36 il ötür. Hər il olduğu kimi, faciənin n�
Azərbaycanın keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə a�
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyaban�
