Proqnozlar Bürosu: Növbət iki gündə yağmurlu hava şəraiti davam edəcək


Sosial 12 Mar 2018 11:44:20 277 0

Proqnozlar Bürosu: Növbət iki gündə yağmurlu hava şəraiti davam edəcək

Gülşad Məmmədova: “Havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir”

"Növbət iki gündə ölkə ərazisində hava şəraitinin əsasən mülayim və yağmursuz keçəcəyi gözlənilir".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, martın 13-14-də havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir: "Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var".

Paytaxda müşahidə olunacaq hava şəraitinə gəlincə mütəxəssis bildirib ki, mart ayının 13-14-də Bakı şəhərində fasilələrlə, arabir çiskinli yağış yağacaq: "Növbəti iki gündə mülayim cənub-şərq küləyi əsəcək".