MTRŞ: “Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq


Sosial 12 Mar 2018 11:17:00 240 0

MTRŞ: “Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq

TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq

“Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq.

Bu barədə “Report”a Milli Televiziya və Radio Şurasından məlumat verilib.

“Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq. 

Xatırladaq ki, Şuranın martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.