Bakıda yaşlı qadını yük avtomobili vurub


Sosial 10 Mar 2018 08:44:38 196 0

Bakıda yaşlı qadını yük avtomobili vurub

Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir

Paytaxtın Binəqədi rayonunda qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, 1964-cü il təvəllüdlü Əsgərova Sədaqət Fərhad qızını "99-JK-506" dövlət qeydiyyat nişanlı "İveco Astra" markalı yük avtomobili vurub.

Yaralını "təcili tibbi yardım" maşını xəstəxanaya yerləşdirib.

Onun vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.