Bakıda gənc oğlan özünə 14 bıçaq zərbəsi vurub


Sosial 09 Mar 2018 04:18:38 270 0

Bakıda gənc oğlan özünə 14 bıçaq zərbəsi vurub

Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Yasamal rayonunda 24 yaşlı oğlan intihara cəhd edib.

"Report"un xəbərinə görə, hadisə metronun "Nizami" stansiyasının yaxınlığında baş verib .

1994-cü il təvəllüdlü Məhərrəmov Lətif Zülfü oğlu hələlik məlum olmayan səbəblərdən inthar etmək istəyib. O, küçədə qarın boşluğuna 14 bıçaq zərbəsi vuraraq özünü öldürməyə çalışıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.