İlon Mask “OpenAI” və “Microsoft”a qarşı milyardlarla dollarlıq iddia qaldırdı
Dünya 17 Yan 2026 18:34:00 48 0
Amerikalı iş adamı İlon Mask "OpenAI" və "Microsoft" şirkətlərinə qarşı iri məbləğdə təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Bu xəbəri də oxu: Kadırovun oğlu qəzaya düşdü, vəziyyəti ağırdır
Son.az-ın məlumatına görə, Bloomberg nəşri bu barədə məhkəmə materiallarına istinadən xəbər yayıb.
İ.Mask iddia ərizəsində qeyd edib ki, "OpenAI" əvvəlcə qeyri-kommersiya qurumu kimi təqdim olunsa da, sonradan bu statusdan imtina edərək onu yanlış məlumatlandırıb. Sahibkar bu səbəbdən hazırda təxminən 500 milyard dollar dəyərində qiymətləndirilən şirkətin bazar dəyərinin müəyyən hissəsinə iddia irəli sürdüyünü bildirir.
Məhkəmə sənədlərində vurğulanır ki, Mask 2015-ci ildə "OpenAI"nin yaradılmasına təxminən 38 milyon dollar sərmayə yatırıb və iddiaya görə, bu vəsaitdən sonradan kommersiya məqsədləri üçün istifadə olunub.
"Bloomberg"in yazdığına görə, Mask "OpenAI" və onun əsas tərəfdaşı "Microsoft"dan 79 milyard dollardan 134 milyard dollara qədər təzminat tələb edir.
"OpenAI" isə bu iddiaları qəbul etməyərək, məsələni İlon Maskın şirkətə qarşı apardığı təzyiq və təqib kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib.
ABŞ Prezidenti Donald Trampın hamiləlik zamanı parasetamol qəbulunun uşaql
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) "Artemid
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
Sosial şəbəkələrdə Bakıdan Gəncəyə yola düşən avtobusda sürücün�
Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3
Son illər Azərbaycanda çoxmərtəbəli binaların sayı sürətlə artsa da,
"Nvidia"nın baş icraçı direktoru Censen Huan inkişaf etmiş süni
Cəfər Cabbarlının adını daşıdığı Azərbaycanfilm kinostudiyasının h
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əs
"Taxt-tac oyunları" teleserialının əsaslandığı "Buz və od
Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Za
Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər b�
Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilm
Son günlər mediada və sosial şəbəkələrdə zəlzələ "ekspertlərin
