Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları


Digərləri 17 Yan 2026 16:54:00 67 0

Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu xəbəri də oxu: Ərdoğanın varisi o olacaq KİV

Son.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda prokuror Tural Yaqubov təqdirləndirilənə ittiham aktını elan edib.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarında sui-istifadə edərək onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı P.S.-dir.

O iş adamına Neftçaladakı Olimpiya İdman Kompleksinin tikintisində istifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək pulunu ödəyəcəyinə vəd etsə də, həmin vəsaiti mənimsəyib.

Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S.-nin etibarından istifadə edərək onun "Maserati Ghibli" markalı avtomobilini dəyərindən çox ucuz qiymətə - 48 min ABŞ dollarına sataraq mənimsəyib. O, bundan başqa iş adamına məxsus "Mercedes-Benz S-Klass" markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytarıb, 35 min ABŞ dollarını isə mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S.-nin ümumilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən bundan başqa tanış olduğu S.V.-ni də aldadaraq ona müxtəlif tikinti layihələrində iştirak edərək külli miqdarda qazanc əldə edəcəyini deyib. O, bu adla tanışının külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib. O, S.V.-nin ümumilikdə 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.

Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə. olub. O, işçisinə 5 690 borclu olub və bunun qarşılığında ona KIA markalı avtomobili verəcəyini vəd edib. Amma Z.Xankişiyev bu məbləği də mənimsəyib.

Qeyd edək ki, Zamiq Xankişiyevin barəsində irəli sürülmüş ittihamda adları keçən zərərçəkənlərdən başqa da onun əməllərindən zərər görən daha bir neçə nəfərin də olduğu bildirilir.

Məhkəmədə hakim təqsirləndirilən Zamiq Xankişiyevə ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə onu 10 ildən 15 ilədək məhkum oluna biləcəyini xatırladıb. Z.Xankişiyev məhkəmədə özünü təqsirli bilməyib.

Növbəti proses yanvarın yanvarın 20-dək təxirə salınıb

Xatırladaq ki, Zamiq Xankişiyev zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Onu da qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb.

Əlavə edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur. O, bununla yanaşı bahalı avtomobil kolleksiyası olan bir şəxs kimidə tanınıb.

Bəzi yerlərdə külək güclənəcək  XƏBƏRDARLIQ like
  • 17 Yan 16:46  
Digərləri Bəzi yerlərdə külək güclənəcək XƏBƏRDARLIQ

Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər b�

arrow Ətraflı
Distant iş əmək müqaviləsi ilə olacaq like
  • 17 Yan 16:44  
Digərləri Distant iş əmək müqaviləsi ilə olacaq

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilm

arrow Ətraflı
Zəlzələ mövzusunda kimə inanmalıyıq?  AÇIQLAMA like
  • 17 Yan 16:30  
Digərləri Zəlzələ mövzusunda kimə inanmalıyıq? AÇIQLAMA

Son günlər mediada və sosial şəbəkələrdə zəlzələ "ekspertlərin

arrow Ətraflı
Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək like
  • 17 Yan 16:20  
Digərləri Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr

arrow Ətraflı
Maaşdan tutulan alimentin yeni MƏBLƏĞİ like
  • 17 Yan 16:14  
Digərləri Maaşdan tutulan alimentin yeni MƏBLƏĞİ

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma

arrow Ətraflı
“ChatGPT” birbaşa beyinə qoşula bilər: Gələcəyin texnologiyası açıqlanır like
  • 17 Yan 16:00  
Digərləri “ChatGPT” birbaşa beyinə qoşula bilər: Gələcəyin texnologiyası açıqlanır

Hazırlanacaq texnologiya çiplərin birbaşa baş beyninə implantasiya olunmas

arrow Ətraflı
Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı like
  • 17 Yan 15:50  
Digərləri Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı

Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu

arrow Ətraflı
Onlara əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək like
  • 17 Yan 15:31  
Digərləri Onlara əlavə məzuniyyətlərə görə kompensasiya verilməyəcək

İstifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi qayd

arrow Ətraflı
Hər müştəri bu çantanı ala bilməz  Əvvəlcə yoxlanılmaq lazımdır like
  • 17 Yan 15:20  
Digərləri Hər müştəri bu çantanı ala bilməz Əvvəlcə yoxlanılmaq lazımdır

Lüks moda brendi "Hermes" müştərilərinin məşhur Birkin çantas�

arrow Ətraflı
İşəgötürən bu halda işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək like
  • 17 Yan 15:15  
Digərləri İşəgötürən bu halda işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmas�

arrow Ətraflı
Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa etdi like
  • 17 Yan 14:40  
Digərləri Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa etdi

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 to

arrow Ətraflı
50 yaşlı kişi su kanalında boğularaq öldü like
  • 17 Yan 14:33  
Digərləri 50 yaşlı kişi su kanalında boğularaq öldü

Tovuzda 1976-cı il təvəllüdlü Ç.Axundov yaşadığı Aşağı Öysüzlü k

arrow Ətraflı