Hikmət Rəhimovun qalmaqallı serialının yayımı kinoteatrda da dayandırıldı
Digərləri 17 Yan 2026 15:50:00 54 0
Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu "Səkkiz" serialının "Park Cinema"da yayımı dayandırılıb.
Bu xəbəri də oxu: “Məni gözəllik salonunda əməliyyat etdi, ağzım əyilir”
Son.az xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.
H.Rəhimov da məsələyə sosial şəbəkə hesabında münasibət bildirib.
"Serialı həm yutub üzərində, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə,həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb, üzümüzə gələn həftə serialın yayımının bərpasına qərar verərlər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları "Media haqqında" qanunun tələblərinə zidd sayıb. Nəticədə "ARB" kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.
"Səkkiz" serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Lüks moda brendi "Hermes" müştərilərinin məşhur Birkin çantas�
Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 to
Tovuzda 1976-cı il təvəllüdlü Ç.Axundov yaşadığı Aşağı Öysüzlü k
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilib.
İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydasınd
Ötən gün Azərbaycanda itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər
Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı 50 n
Dekabrın 25-i paytaxtın Səbail rayonunda baş vermiş qəzada 10 yaşlı Sər
Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 204
Azərbaycan avtomobil bazarında müşahidə olunan qiymət artımları alıcıl
Türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs iş
Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.
Çeçenistan rəhbəri Ramzan Kadırovun dünən qəzaya düşən oğlu Adam Ka
