Avtomobil bazarında qiymət artımı Hansı maşınlar BAHALAŞIB?


Digərləri 17 Yan 2026 13:26:00 84 0

Avtomobil bazarında qiymət artımı  Hansı maşınlar BAHALAŞIB?

Azərbaycan avtomobil bazarında müşahidə olunan qiymət artımları alıcıların da, satıcıların da diqqət mərkəzindədir. Xüsusilə, 30 min manata qədər olan avtomobillərin dəyərində 1 500 - 3 000 manat arası bahalaşma qeydə alınır. Bahalaşmanın əsas səbəbi kimi isə gömrük xərclərinin yüksəlməsi göstərilir. 

Bundan əlavə, Çin avtomobillərində problemlərin artması isə alıcıları daha çox daxili bazardakı ikinci əl maşınlara yönəldib.

Mövcud vəziyyət bazarda tələbin yenidən formalaşmasına, bəzi marka və modellərə marağın kəskin artmasına səbəb olub. Bu isə istər yerli bazardakı avtomobillərin, istərsə də xaricdən idxal olunan nəqliyyat vasitələrinin qiymətlərində fərqli tendensiyaların yaranması ilə müşayiət olunur.

Son.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev qeyd edib ki, bazarda müşahidə olunan qiymət artımının səbəbləri kifayət qədər aydındır. Onun sözlərinə görə, ölkəmizdə elektromobillərə və hibrid avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştlərinin müddəti 1 yanvar tarixindən etibarən başa çatması avtomobillərin qiymətinə birbaşa təsir göstərməyə başlayıb.

"Bununla yanaşı, paralel idxal yolu ilə ölkəyə gətirilən avtomobillərlə bağlı da müəyyən məhdudiyyətlər tətbiq olunub. Söhbət Çinin daxili bazarında qəbul edilən yeni qaydalardan gedir. Belə ki, Çində dövlət qeydiyyat nişanı alan avtomobil, hətta sıfır kilometrajlı olsa belə, artıq ikinci əl avtomobil hesab olunur və həmin avtomobilin ölkədən çıxarılmasına yalnız 6 ay sonra icazə verilir. Halbuki əvvəllər Azərbaycana Çində qeydiyyata alınmış, lakin istifadə olunmamış, sıfır yürüşlü avtomobillər gətirilirdi".

E.Əliyev eyni zamanda bu avtomobillərin ixracı zamanı tətbiq edilən müxtəlif subsidiyalar mövcudluğuna da diqqət çəkib:

"Həmin subsidiyaların aradan qaldırılması və nəzarətin gücləndirilməsi nəticəsində fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərin sayı əhəmiyyətli dərəcədə azalıb və yaxın dövrdə bu azalmanın davam edəcəyi gözlənilir. Bütün bu amillər fonunda qiymət artımının qaçılmaz olduğunu söyləmək olar.

Digər tərəfdən, rəsmi dilerlər tərəfindən idxal olunan avtomobillərə də artıq əvvəlki güzəştlər şamil edilmir. Məsələn, elektromobil və hibrid avtomobillər əvvəllər ƏDV-dən və bəzi rüsumlardan azad idi. Güzəştlərin müddətinin başa çatması həmin avtomobillərin qiymətinin birbaşa bu rüsumlar qədər artmasına səbəb olub".

Sədr vurğulayıb ki, Çin avtomobillərində müşahidə olunan problemlərə gəldikdə, bu, əsasən Çinin daxili bazarı üçün istehsal olunan avtomobillərin fərdi şəxslər tərəfindən ölkəyə gətirilməsi ilə bağlıdır:

"Belə avtomobillər əksər hallarda rəsmi servislər tərəfindən qəbul edilmir, ehtiyat hissələrinin tapılmasında çətinlik yaranır və servis xidməti düzgün şəkildə göstərilmir. Bu da nəticə etibarilə istifadəçilər üçün ciddi problemlər yaradır. Lakin rəsmi dilerlərdən alınan avtomobillərdə əvvəlki illərlə müqayisədə bu cür problemlər demək olar ki, aradan qalxıb. Əksər dilerlər artıq ehtiyat hissələri anbarlarını kifayət qədər doldurub və servis xidmətləri daha sistemli şəkildə fəaliyyət göstərir. Yəni bu istiqamətdə vəziyyət xeyli yaxşılaşıb. Qiymətlərə gəlincə isə, qeyd etdiyim amillərin təsiri ilə ikinci əl avtomobillərin yenidən dəyər qazandığını müşahidə edirik".

O həmçinin əlavə edib ki, ötən il ikinci əl avtomobillərin qiyməti 35-40 faiz, bəzən isə daha çox ensə də, hazırda bu avtomobillərin yenidən bahalaşması prosesi gedir:

"Amerikadan idxal olunan ikinci əl avtomobillərin sayında əvvəl müəyyən azalma olsa da, hazırda bu avtomobillərə marağın yenidən artdığını görürük. Bununla belə, məqsədəuyğun olardı ki, Mərkəzi Bank tərəfindən banklara müəyyən səlahiyyətlər verilsin və avtomobil kreditləri üzrə ilkin ödəniş məbləği 10-15 faiz səviyyəsində müəyyən edilsin.

"Kaş Acun Ilıcalı mənim əmim olardı"  Tatlısəsin qızı like
  • 17 Yan 13:00  
Şou-biznes "Kaş Acun Ilıcalı mənim əmim olardı" Tatlısəsin qızı

Türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs iş

arrow Ətraflı
Maaşların verilmə müddəti dəyişdirildi  YENİ QAYDA like
  • 17 Yan 12:58  
Digərləri Maaşların verilmə müddəti dəyişdirildi YENİ QAYDA

Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.

arrow Ətraflı
Kadırovun qəzaya düşən oğlu təcili Moskvaya aparıldı like
  • 17 Yan 12:55  
Dünya Kadırovun qəzaya düşən oğlu təcili Moskvaya aparıldı

Çeçenistan rəhbəri Ramzan Kadırovun dünən qəzaya düşən oğlu Adam Ka

arrow Ətraflı
Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq like
  • 17 Yan 12:52  
Digərləri Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq

Son açıqlanan rəsmi statistika kərə yağı bazarında ziddiyyətli mənzər

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 17 Yan 12:46  
Digərləri Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

arrow Ətraflı
2026cı il bu BÜRC üçün çox gərgin olacaq like
  • 17 Yan 12:43  
Digərləri 2026cı il bu BÜRC üçün çox gərgin olacaq

Astroloqlar 2026-cı ilin bəzi bürclər üçün maliyyə baxımından gərgin

arrow Ətraflı
XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlandı like
  • 17 Yan 12:39  
Siyasət XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlandı

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb.

arrow Ətraflı
Bakıda qaçırılan "Jiquli" parklanma yerindən tapıldı like
  • 17 Yan 12:38  
Digərləri Bakıda qaçırılan "Jiquli" parklanma yerindən tapıldı

Bakının Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edə

arrow Ətraflı
"Şəbnəmin ad gününə 11 min manat yazdırdım" like
  • 17 Yan 12:33  
Şou-biznes "Şəbnəmin ad gününə 11 min manat yazdırdım"

Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunun ad gününə yazd

arrow Ətraflı
Məşhur aktyor xəstəxanaya yerləşdirildi like
  • 17 Yan 12:25  
Şou-biznes Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Türkiyəli məşhur aktyor Ufuk Özkan xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Bürclər sevgililərinə nəyi əsla bağışlamırlar?  Xəyanət, yalan, laqeydlik... like
  • 17 Yan 12:20  
Digərləri Bürclər sevgililərinə nəyi əsla bağışlamırlar? Xəyanət, yalan, laqeydlik...

Astroloqlar bürclərin hər biri üçün münasibətlərdə "son hədd&quo

arrow Ətraflı
Makronu arvadı döyüb? like
  • 17 Yan 12:15  
Dünya Makronu arvadı döyüb?

Sosial şəbəkələrdə isə bəzi istifadəçilər Makronun gözündəki vəzi

arrow Ətraflı
Müştəri “Araz” marketdə vəfat etdi like
  • 17 Yan 12:10  
Digərləri Müştəri “Araz” marketdə vəfat etdi

İmişli rayon sakini marketdə vəfat edib.

arrow Ətraflı
Məzuniyyətlər birləşdiriləcək  YENİ QAYDA like
  • 17 Yan 12:10  
Digərləri Məzuniyyətlər birləşdiriləcək YENİ QAYDA

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasında d�

arrow Ətraflı