Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq
Digərləri 17 Yan 2026 12:52:00 81 0
Son açıqlanan rəsmi statistika kərə yağı bazarında ziddiyyətli mənzərəni ortaya qoyur. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalma deməkdir. Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 179,6 ton kərə yağı ehtiyatının formalaşdığı bildirilir. İllik müqayisədə 199,6 dəfə artım kimi təqdim olunan bu göstəricilər bazarda real bolluqla bağlı ciddi suallar yaradır. İstehsalın azaldığı bir şəraitdə ehtiyatların bu qədər artması nə ilə izah olunur və bu ehtiyatlar bazara çıxarıldığı halda qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?
Bu xəbəri də oxu: Sərxanı xilas edən polkovnikleytenant Mikayıl Gözəlovun oğlu imiş
"Kərə yağı üzrə yerli istehsal mövcud deyil"
Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Samir Eyyubovun sözlərinə görə, Azərbaycanda yerli süd əsasında kərə yağı istehsalı faktiki olaraq çox aşağı səviyyədədir: "Rəsmi statistikada göstərilən "istehsal" rəqəmləri əsasən idxal olunan qaymaqdan emal edilən məhsulların, eləcə də xammal formasında idxal edilən hazır məhsulun ölkə daxilində təkrar qablaşdırılması və ya minimal emalı hesabına formalaşır. Bu səbəbdən statistikada "yerli istehsal" kimi təqdim olunan göstəricilər real bazar vəziyyətini əks etdirmir və bazarın yanlış təhlil olunmasına gətirib çıxarır. Reallıqda kərə yağı üzrə idxaldan asılılıq 90 faizin üzərindədir. Anbarlarda mövcud olan kərə yağının hamısı ya hazır şəkildə idxal edilmiş məhsullardır, ya da xammal formasında xaricdən gətirilərək ölkə daxilində təkrar emal olunmuş məhsullardır. Tam mənada yerli istehsal hesab edilə biləcək məhsul demək olar ki, mövcud deyil".
"İdxal qiyməti 18 faiz artıb"
S.Eyyubovun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayın statistikasına nəzər yetirdikdə görünür ki, ölkəyə idxal olunan kərə yağının orta idxal qiyməti 2024-cü illə müqayisədə təxminən 18 faiz artıb. Bu qiymət artımı fonunda aylıq orta idxal həcmlərində təxminən 11 faiz azalma qeydə alınıb: "Bundan əlavə, 2024-cü ildə Rusiyaya təxminən 12 min ton kərə yağı ixrac edildiyi halda, 2025-ci ilin ilk 9 ayının göstəricilərinə əsasən, bu rəqəm 2 300 ton səviyyəsinə qədər geriləyib. Nəticədə təkrar emal həcmləri azalıb və bu da statistik "istehsal" göstəricilərinin aşağı düşməsinə səbəb olub. Rusiyaya ixrac həcmlərində baş verən kəskin azalma, yəni əsas satış kanallarından birinin daralması, bazarda balanssızlıq yaradaraq ehtiyatların artması görüntüsünü formalaşdırıb".
"Qiymətlər enməyəcək, əksinə, qalxacaq"
Sədr bu prosesin istehsalçılara necə təsir edəcəyindən də bəhs etdi: "Ehtiyatların uzun müddət anbarda saxlanılması istehsalçılar üçün ciddi maliyyə itkisi deməkdir. Bu, məhsulun istifadə müddətinin azalmasına, dövriyyə və likvidlik problemlərinə, nəticə etibarilə isə təkrar maliyyə itkilərinin artmasına səbəb olur. Mövcud ehtiyatlar artıq 2024-cü illə müqayisədə təxminən 18 faiz daha baha olub. Üstəlik, 2026-cı ilin ilk günlərindən etibarən idxal rüsumunun yenidən 15 faizə qaldırılması gözlənilir. Bu amillər qiymətlərin aşağı düşməsinə deyil, əksinə, bazarda ciddi qiymət artımlarına yol aça bilər. Şirkətlər orta hesabla 9-10 faiz qiymət artımı etməyə məcbur qala bilərlər".
"Südün maya dəyərinin artması kərə yağının qiymətlərinə təsir edir"
Rusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Astroloqlar 2026-cı ilin bəzi bürclər üçün maliyyə baxımından gərgin
XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb.
Bakının Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edə
Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunun ad gününə yazd
Türkiyəli məşhur aktyor Ufuk Özkan xəstəxanaya yerləşdirilib.
Astroloqlar bürclərin hər biri üçün münasibətlərdə "son hədd&quo
Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasında d�
Azərbaycanda tanınmış tibb mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru v�
Rusiya vətəndaşı olan erməni iş adamı Samvel Karapetyan barəsində ev
Yaponiyanın Osaka Universitetinin alimləri 75 yaş və üzəri 190 mindən ço
Qanunvericilikdə natamam iş vaxtı anlayışı təkmilləşdirilib.
