Bakıda kütləvi dava olub, ölən və yaralananlar var


Sosial 04 Mar 2018 07:58:37 254 0

Bakıda kütləvi dava olub, ölən və yaralananlar var

Dava zamanı 1 nəfər qətlə yetirilib, 2 nəfər yaralanıb

Bakıda kütləvi dava zamanı yaşlı kişi qətlə yetirilib.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.

Qara Qarayev prospekti 62 ünvanındakı 34-cü mənzil qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğulu ilə 6 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı Y.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 3 bıçaq zərbəsi vurulub.

Nəticədə o, çoxlu qan itirib. Yaralı xəstəxanaya aparılarkən qan itirmədən dünyasını dəyişib. Dava zamanı habelə daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.