Prokuror Bakıda güləşçi dostunu öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib


Sosial 28 Fev 2018 16:45:57 306 0

Prokuror Bakıda güləşçi dostunu öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında L.Abdullayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.

İttihamda qeyd edilib ki, L.Alıyevin Elçin Tapdıqovla yaxın münasibəti olub, amma sonradan münasibətləri pozulub. Hadisə günü E.Tapdıqov maşınla kafenin önündə dayanan L.Alıyevin yanından keçib.

L.Alıyev E.Tapdıqovun söyüş söydüyünü deyərək onu çağırıb və məsələyə aydınlıq gətirmək istəyib.

E.Tapdıov geri qayıdıb və onlar təklikdə söhbət edəcəkləri yerə gediblər. Bu zaman L.Alıyev ona çoxsaylı bıçaq vuraraq öldürüb.

Məlum olub ki, tərəflər arasında daha əvvəl də problemlər olub.

İttihama münasibət bildirən L.Alıyev özünü qismən təqsirli bildiyini deyərək onu öldürmək niyyəti olmadığını söyləyib. Bildirib ki, E.Tapdıqovun yanında başqaları da olub və onu döymək istəyiblər: "Özümü müdafiə edirdim".

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə), 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, qətlə yetirilən E.Tapdıqov güləş idman növü ilə məşğul olub.