Heydər Əliyev prospektində yaşlı kişini avtomobil vuraraq öldürüb


Sosial 28 Fev 2018 04:54:10 309 0

Heydər Əliyev prospektində yaşlı kişini avtomobil vuraraq öldürüb

Hadisə kişi piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçərkən baş verib

Bakının Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, 1961-ci il təvəllüdlü Məmmədov Sədrəddin Hacıağa oğlu metronun Koroğlu stansiyasının yaxınlığında piyadalar üçün müəyyən edilməmiş yerdən keçərkən, onu "Volkswagen Passat" markalı avtomobil vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Lakin həkimlərin səyinə baxmayaraq S.Məmmədov dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hadisəni törədən sürücü saxlanılıb.