Məşhur seriallar cərimələndi
Şou-biznes 15 Yan 2026 22:26:00 69 0
Türkiyənin yayım nəzarəti orqanı olan RTÜK son iclasında yayım prinsiplərini pozan məzmunlara qarşı beş fərqli sanksiya tətbiq edib. Şiddətin normallaşdırılması, qadın hüquqlarının pozulması və milli-mənəvi dəyərlərə zidd ifadələr cəzaların əsas səbəbi olub.
Bu xəbəri də oxu: Ülkər Yaşarqıznın geyimi və rəqsi TƏNQİD EDİLDİ
Son.az xəbər verir ki, dekabr ayı ərzində yayımlanan "Veliaht" serialında şiddətin təşviq edildiyi və normallaşdırıldığı əsas gətirilərək kanala 2% məbləğində inzibati pul cəzası verilib.
"Halef: Köklerin Çağrısı" serialında çoxarvadlılığın təbii bir hal kimi göstərilməsi və qadınların aşağılayıcı şəkildə təqdim edilməsi qanun pozuntusu hesab edilib. Kanal həm bu seriala, həm də reklam qaydalarını pozan "Efsane Futbol" proqramına görə cərimələnib.
Həsən Can Kayanın təqdim etdiyi məşhur "Konuşanlar" proqramı Disney+ platformasının kataloqundan çıxarılıb. RTÜK proqramda sədaqətsizlik, qumar və küçə söyüşlərinin "uğur hekayəsi" kimi təqdim edildiyini, bunun isə ümumi əxlaqa və ailə mahremiyyətinə zidd olduğunu bildirib.
Musiqi platformasında bəzi pleylistlərin (mahnı siyahıları) və mahnıların adları arqo və mənəvi dəyərlərə zidd hesab edildiyi üçün həmin məzmunların silinməsi tələb olunub və platforma cərimələnib.
Lalə Qüdrətova Son.az
Xəbər verdiyimiz kimi, Füzulidə avtomobili işlək vəziyyətdə qoyaraq yat
Son günlər elektrik mühərrikli avtomobillər qəfl yanır. Bu avtomobillərd
ABŞ ordusu Venesuelaya qarşı tətbiq edilən dəniz blokadası çərçivəsin
Müğənni Təranə Qumral aparıcı Zaur Kamalı tənqid edib.
2025-ci il ərzində qlobal miqyasda süni intellekt sistemlərini işlək saxla
Bəzi şəxslər öz şəxsiyyət vəsiqələrində qeyd olunan qan qrupların�
Rusiyada KFC restoranlarının Rostic's adı altında rebrendinqi başa çat
"Fabrika" qalereyasında Arts Council Azerbaijan yeni sərgi mövsüm�
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətm
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illi
İstanbulda aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxl
Fransa Prezidenti Emmanuel Makronun ölkənin cənubundakı İstres hərbi bazas
Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakı ətrafı kənd və qəsə
