Sevgilisini öldürməkdə təqsirləndirilən iş adamı: "Telefonunu sındırdım ki, şeytandan uzaq olsun"


Kriminal 15 Yan 2026 20:31:00 58 0

Sevgilisini öldürməkdə təqsirləndirilən iş adamı: "Telefonunu sındırdım ki, şeytandan uzaq olsun"

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, E.Ağacanov anlaqsız vəziyyətdə olduğu üçün məhkəməyə ixtisaslaşdırılmış tibb müəssisəsindən gətirilib.

Prosesdə prokuror ittiham aktını elan edib. Sənəddə göstərilib ki, 22 avqust 2025-ci ildə E.Ağacanov reabilitasiya mərkəzinə aparılsa da, o, müalicədən imtina edərək sevgilisi İradə Muradova ilə evə qayıdıb, gecə saatlarında anlaqsız vəziyyətdə qadını boğaraq qətlə yetirib.

Prosesdə ittihama münasibət bildirən E.Ağacanov qəribə fikirlər səsləndirib.

Bildirib ki, İradə Muradova ilə 15 ildən artıq sevgili olub:

"İradə mənim ən çox istədiyim qadın olub. Həmişə yanımda olub. Bizi ayıran şeytanlar oldu. İradə həmin vaxt özü deyildi, məni divara çırpırdı. Onu cinlər idarə edirdi. Mən sadəcə onu qucaqlayıb saxlamaq istəyirdim. Başqa heç nə yadımda deyil. Mənim ailəm olsa da, onunla sevgili idim. O, xristian olduğu üçün evlənə bilmirdik. Dinimizə gətirmək, kəlmeyi-şəhadəti öyrətmək istəyirdim. Onun işlətdiyi telefon da şeytan əməli idi. "iPhone" telefonlarının arxası açılmır, ona görə də o cihaz "şeytan əməli"dir. Çünki o telefonların arxası açılmır. Mən onun telefonunu sındırdım ki, şeytandan uzaq olsun. Onun üçün ayətül-kürsü oxuyurdum ki, şeytanları qovum.

Həmin gün evdə ona kəlmeyi-şəhadəti öyrədirdim. Bu zaman telefonuma zəng gəldi. İradə cavab verməyimi istədi, mən isə bunun şeytan əməli olduğunu deyərək imtina etdim. Aramızda mübahisə yarandı və telefonu vurub sındırdım. Hadisədən bir neçə gün əvvəl bir xanımla tanış olmuşdum, ola bilsin zəng edən də o idi. Daha sonra İradəyə namaz qılmağı təklif etdim. Kəlmeyi-şəhadəti dedi, lakin sonra yenidən mübahisə başladı. Onu hamama qüsul almağa apardım. Hamamda ayağı sürüşüb yıxıldı, onu tuta bilmədim və başı yerə dəydi. Onu hamamdan çıxardım, üstünə möhür qoyub qucaqladım. Daha sonra məni divara vurmağa başladı. Bundan sonrasını xatırlamıram. Sonradan mənə dedilər ki, İradə komaya düşüb və xəstəxanaya aparılıb.

İradə indi də ölməyib. Sizi cinlər inandırır ki, o ölüb. Onun daxilində cin-şeytan var idi. Qohumlar deyirdi ki, onu buraxım, amma razı olmadım. Bilirdim ki, onu öldürüb məni həbs edəcəklər, anamı zəhərləyib var-dövlətimi ələ keçirəcəklər".

E.Ağacanov etiraf edib ki, 2010-cu ildən narkotik qəbul etməyə başlayıb:

"Həmin gün narkotik qəbul etmək istədim, İradə gizlətdi, vermədi. Özüm tapıb çəkdim".

E.Ağacanov bildirib ki, İradə Muradova ilə Maldiv adalarına istirahətə gedib: "Qayıdandan sonra İradənin anası üçün ev almışdım".

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Rəna Muradova bildirib ki, E.Ağacanov yalan danışır:

"Bacımla Emil tanış olanda mən də onların yanında olmuşam. Biz bilmirdik ki, Emil ikinci dəfə evlənib. Bacım həmişə anamla olub, başqa evdə qalmayıb. Hadisə gecəsi İradə anama zəng edərək işdə olduğunu və gec gələcəyini söylədi. Ölümündən yarım saat əvvəl İradə normal şəkildə evdən həyətə düşüb. Amma öləndə onun əynində paltar olmayıb, qatil də çılpaq olub. Mənə dedilər ki, Emil bacımın başına güldanla vurub, onu boğub və sifəti tanınmaz vəziyyətdə idi. Bacımı morqda görəndə tanımadım, hətta dırnaqlarına qədər sınmışdı.

Həmin gecə İradəni Emilin evinə onun bacısı göndərib. Bacısı İradəyə deyib ki, Emil telefonları götürmür, get yanına, gör nə olub. Emil narkotik qəbul edib, bacımı öldürüb. Bacısıgil bilirdilər ki, Emil narkotik çəkib, ona görə də yanına İradəni göndərmişdilər. Mən Emili heç vaxt anlaqsız vəziyyətdə görməmişəm və onun dəli olduğuna inanmıram. Həmin gün bir neçə dəfə narkotik istifadə edib. İndi burada nağıl danışır, "cin-şeytan var" deyir. İnanmayın, o, özünü dəliliyə vurur".

Proses yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib. Bakı şəhər sakini İradə Muradovanın meyiti iş adam Emil Ağacanovun evində tapılıb. Qadının boğularaq qətlə yetirilməsi müəyyən edilib.

Həmçinin xatırladaq ki, E.Ağacanov "Chermington Transportation Services", "AZRENT", "Caspi Style" şirkətlərinin və İtaliya brendi "YAMAMAY" mağazasının sahibidir. Son.az

Oktay Kaynarca "Kim Milyoner Olmak İster"dən ayrılır? like
  • 15 Yan 20:18  
Şou-biznes Oktay Kaynarca "Kim Milyoner Olmak İster"dən ayrılır?

İstanbulda aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxl

arrow Ətraflı
Makronun gözünə nə olub?  "Hesab edin ki, Pələng gözüdür" like
  • 15 Yan 20:06  
Dünya Makronun gözünə nə olub? "Hesab edin ki, Pələng gözüdür"

Fransa Prezidenti Emmanuel Makronun ölkənin cənubundakı İstres hərbi bazas

arrow Ətraflı
Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb like
  • 15 Yan 19:59  
Digərləri Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb

Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakı ətrafı kənd və qəsə

arrow Ətraflı
Yasamalda bina yanır like
  • 15 Yan 19:55  
Digərləri Yasamalda bina yanır

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operati

arrow Ətraflı
Ufuk Özkandan üzücü xəbər: "Vəziyyəti çox ciddidir" like
  • 15 Yan 19:53  
Şou-biznes Ufuk Özkandan üzücü xəbər: "Vəziyyəti çox ciddidir"

Aktyor Ufuk Özkanın səhhəti pisləşib. Aktyorun qardaşı Umut Özkan mətb

arrow Ətraflı
Ermənistanda yüksəkvəzifəli şəxslər saxlanıldılar like
  • 15 Yan 19:48  
Digərləri Ermənistanda yüksəkvəzifəli şəxslər saxlanıldılar

Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin kəşfiyyat məlumatl

arrow Ətraflı
Portuqaliya İrandakı səfirliyini bağladı like
  • 15 Yan 19:34  
Dünya Portuqaliya İrandakı səfirliyini bağladı

Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) ölkənin İrandakı səfirliyinin

arrow Ətraflı
“Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar” like
  • 15 Yan 19:29  
Digərləri “Ev cəhənnəmə yansın, yoldaşımla nəvəmi son anda çıxarıblar”

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda binada yanğın baş ver

arrow Ətraflı
Nəsimidə ağır qəza  Yaralıları avtomobildən polis çıxardı like
  • 15 Yan 19:07  
Digərləri Nəsimidə ağır qəza Yaralıları avtomobildən polis çıxardı

Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçə

arrow Ətraflı
Qaz pulu niyə artıb  Sayğaclar artıq yazır? like
  • 15 Yan 19:00  
Digərləri Qaz pulu niyə artıb Sayğaclar artıq yazır?

"Azəriqaz" İstehsalat Birliyinin (İB) smart sayğacları mexaniki s

arrow Ətraflı
22 il sonra yenidən bir arada like
  • 15 Yan 18:50  
Şou-biznes 22 il sonra yenidən bir arada

Türkiyəli məşhurlar illər sonra bir araya gəliblər. 

arrow Ətraflı
İohann Sebastyan Baxın yaradıcılığına həsr olunmuş musiqi gecəsi keçirilib – FOTO like
  • 15 Yan 18:47  
Kriminal İohann Sebastyan Baxın yaradıcılığına həsr olunmuş musiqi gecəsi keçirilib – FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi a

arrow Ətraflı
Məşhur müğənni iti ilə evləndi like
  • 15 Yan 18:27  
Şou-biznes Məşhur müğənni iti ilə evləndi

"Rilo Kiley" qrupunun müğənnisi Jenny Lewis 50 yaşını qeyd etmə

arrow Ətraflı