Bu il pensiya xərcləri 8 milyard olacaq
Digərləri 15 Yan 2026 12:47:00 70 0
2026-cı ildə DSMF büdcəsində əsas pay əhaliyə ödənişlərin payına düşür.
Bu xəbəri də oxu: Qab yuyarkən hər gün özümüzü zəhərləyirik Mətbəxdəki gizli təhlükə
Son.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Bildirib ki, ümumi xərclərin 96,6 faizi yəni 8,2 milyard manat əhaliyə sosial ödənişlərin həyata keçirilməsinə yönəldiləcək. Bunun 8 milyard manatı pensiya xərcləridir.
Eyni zamanda nəzərə çatdırıb ki, pensiyaların indeksləşdirilməsi üzrə təxminən 636 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bundan əlavə, 2026-cı il büdcə xərcləri kəsirinin maliyyələşdirilməsi üçün DSMF-nin sərbəst vəsaitlərindən 160 milyon manat ayrılacaq.
Qeyd olunub ki, 2026-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcə göstəricilərinə əsasən, Fondun ümumi xərcləri 8 milyard 483 milyon manat təşkil edəcək. Bu, ötən ilin büdcəsi ilə müqayisədə 806 milyon manat və ya 10,5 faiz artım deməkdir.
Büdcə gəlirləri isə 8 milyard 323 milyon manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlər də əvvəlki illə müqayisədə 706 milyon manat və ya 9 faiz artacaq.
Mina Mikayılova Son.az
Sosial şəbəkələrdə "WhatsApp"la bağlı növbəti iddia yayılı
Xəbər verdiyimiz kimi, Naxçıvanda iki tələbə dəm qazından zəhərlənə
Xalq artisti Röya Ayxan verdiyi son açıqlaması ilə diqqət mərkəzinə dü
Konstitusiya Məhkəməsinin ötən il təqaüdə göndərilən hakimi Rafael
Ermənistan əldə olunan razılaşmalar çərçivəsində Azərbaycanın əsas
Nəsimi rayonunun sabiq icra başçısı Elxan İbrahimovun vəzifədən azad ol
İranda iqtisadi problemlər fonunda başlayan etirazlarda ölənlərin sayı a�
Bakıda restoranlardan birində müştərilər söyüş söydükləri üçün c
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakıdan Naxçıvana ged�
Müğənni Türkan Vəlizadə ilə aparıcı Vüsalə Əlizadə arasında yaşan
Bakı şəhərində olan icra hakimiyyətlərində bir sıra struktur dəyişikl
Azərbaycanlıların qida rasionunda balığın xüsusi yeri var. Son dövrlər
Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər sə
İstanbulda fenomen Rabia Karacanın narkotik istintaqı çərçivəsində həbs
ABŞ vətəndaşlarına İranı dərhal tərk etmələri tövsiyə olunub. Təhl
