Misir Mərdanov Ramiz Mehdiyevin xanımının vəzifəsinə gətirilir? Rəsmi CAVAB
Digərləri 15 Yan 2026 11:05:00 86 0
Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək.
Bu xəbəri də oxu: Bakıda 1,7 milyonluq əmlak hərraca çıxarıldı
Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil.
Son.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı söhbətlərə tam aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb:
"Məndən bir cümlə alıb yüz yerə yozurlar. Heç nə danışmaq istəmirəm, siz düz yazsanız da, başqaları cümlələri götürüb dəyişirlər. Başım sakit yaşayıram. Nə deyirlər, bilmirəm. Mən öz işimi davam etdirirəm. Harada işləyəcəyimi də özüm bilərəm", - deyə M.Mərdanov bildirib.
Bakı Dövlət Universitetinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iddialar tamamilə yanlışdır, belə təyinat gözlənilmir:
"2022-ci ildən Hesablama riyaziyyatı və riyazi modelləşdirmə kafedrasının müdiri vəzifəsinə professor Vaqif İbrahimov rəhbərlik edir.
Professor Misir Mərdanov isə uzun müddətdir ki, Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır".
İstanbulda fenomen Rabia Karacanın narkotik istintaqı çərçivəsində həbs
ABŞ vətəndaşlarına İranı dərhal tərk etmələri tövsiyə olunub. Təhl
Gürcüstan hökuməti plastikdən istifadənin azaldılması istiqamətində ye
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbir
Türkiyəli pop ulduz Hadisənin son konsertindən yayılan görüntülər sosia
Son günlər yayılan xəbərlərə görə, regionda nisbi seysmik aktivləşmə
"Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandad
Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezi
Sibirin donmuş torpaqlarında tapılan və on min illərdir buzun içində qoru
Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən naqilsiz qulaqlıqlar raha
Qədim dövrlərin mühəndisləri tərəfindən yaradılan bu sistem səhranı
