Gəncədə kişi həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb


Sosial 25 Fev 2018 00:37:48 256 0

Gəncədə kişi həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir

Gəncə şəhərinin Məhsəti qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, 1993-cu il təvəllüdlü Rzayev Emin Hamil oğlu həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.