Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı məlum olub - YENİLƏNİB


Sosial 24 Fev 2018 11:12:00 265 0

Tovuzda ər-arvadın ölümünə səbəb olan yanğının təfərrüatı məlum olub - YENİLƏNİB

Hadisə ilə bağlı araşdırma aparılır

Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğınla bağlı rəsmi məlumat yayılıb. 

FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Report”un Qərb bürosuna verilə məlumata görə, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin yanaraq, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyvanın isə tüstüdən boğularaq öldüyü məlum olub. 

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

*** 10:21

Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb. 

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

***

Hadisə nəticəsində dünyasını dəyişənlər ev sahibi Fərman Məmmədov və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızıdır. 

Yanğın nəticəsində onların övladı da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.