Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinət artırılıb


Sosial 23 Fev 2018 18:37:17 294 0

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinət artırılıb

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev fevralın 23-də "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.