Dövlət ittihamçısı MTN generallarının rütbələrinin alınmasını, əmlaklarının müsadirə olunmasını istəyib
Sosial 22 Fev 2018 16:45:53 240 0
O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezdentinə, digər şəxslərin rütbısi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsi istəyib.
O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib.
Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiası təmin olunmasını istəyib.
Həmçinin o, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilı bağlı qanunauyğun olaraq qərar çıxarılması tələb edib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses martın 1-nə təyin edilib.