Ağcabədidə məcburi köçkünə məxsus minik avtomobili oğurlanıb - FOTO


Sosial 21 Fev 2018 20:24:57 265 0

Ağcabədidə məcburi köçkünə məxsus minik avtomobili oğurlanıb - FOTO

Faktla bağlı araşdırma aparılır

Ağcabədi rayonunda avtomobil oğurluğu olub.

"Reprot"un Qarabağ bürosunun məlumata görə, rayonun 556 nömrəli köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Sədi İbrahimova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. 

O, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil Beyləqan rayonu ərazisindən keçən "Qarabağ" su kanalından aşkarlanıb. Hadisəni törədən şəxslər hələlik müəyyən edilməyib. Avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.