Növbəti tədris ilində Gəncə, Sumqayıt və Abşeronda I sinfə gedəcək şagirdlərin sayı açıqlanıb


Sosial 21 Fev 2018 13:03:59 282 0

Növbəti tədris ilində Gəncə, Sumqayıt və Abşeronda I sinfə gedəcək şagirdlərin sayı açıqlanıb

Nazirlik rəsmisi əlavə edib ki, ötən il ölkə üzrə 5 yaşı tamam olan uşaqların 55, bu il isə 65 faizi məktəbəhazırlıq qruplarında təhsil alıb

"2018/2019-cu tədris ili üçün Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min nəfər şagirdin 1-ci sinfə gedəcəyi gözlənilir".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin şagirdlərin 60 faizi, yəni 8 min nəfərdən çoxu məktəbəhazırlıq qruplarında təhsil aldıqları üçün onlar 1-ci sinfə birbaşa qəbul olunacaqlar.

Nazirlik rəsmisi əlavə edib ki, ötən il ölkə üzrə 5 yaşı tamam olan uşaqların 55, bu il isə 65 faizi məktəbəhazırlıq qruplarında təhsil alıb.