İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub
Siyasət 13 Yan 2026 19:01:00 53 0
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub.
Bu xəbəri də oxu: Prezident Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələrinin, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq.
Mərkəzdə qərargah, yataqxana, tibb məntəqəsi, klub, tədris və qonaq evləri, qapalı idman kompleksi, simulyasiya mərkəzi, açıq idman sahələri, helikopter meydançası, atıcılıq poliqonları və digər zəruri infrastruktur olacaq.
Prezident İlham Əliyev mərkəzin təməlini qoydu. Son.az
Türkiyəli müğənni və aktrisa Nükhet Durunun son paylaşımı sosial şəb
Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin ic
İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətin
Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kən
Azərbaycanda telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyic
Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci �
Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq.
Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu
Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbayca
İranda iqtisadi problemlərə etiraz edən minlərlə insan 15-ci gündür nüm
Azərbaycan Respublikası Kino Agentliyinin Kino mədəniyyətinin təbliği ş�
Qlobal iqlim dəyişikliklərinin sürətlə davam etməsi fonunda su ehtiyatlar
Qara dənizdə Qazaxıstana məxsus neft tankerləri kamikadze dronlarının hü
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
