Gələcək nəsillər üçün su: bu gün hansı qərarlar verilir?
Digərləri 13 Yan 2026 17:48:00 71 0
Qlobal iqlim dəyişikliklərinin sürətlə davam etməsi fonunda su ehtiyatlarının azalması artıq beynəlxalq təhlükəsizlik məsələsinə çevrilib. Ona görə də su ehtiyatlarına nəzarət və düzgün istifadə dövlətlərin strateji dayanıqlığının əsas göstəricilərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın su siyasəti məhz bu reallıqlar fonunda formalaşaraq, texniki təsərrüfat yanaşmasından çıxıb milli təhlükəsizlik və davamlı inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Bu yanaşma su problemini uzunmüddətli, kompleks və qabaqlayıcı dövlət siyasəti müstəvisində həll etməyə yönəlib. Strateji baxışın siyasi təsdiqi 2026-cı il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dövlətin su təhlükəsizliyi məsələsinə ayırdığı diqqətin əyani sübutudur.
Bu xəbəri də oxu: Çox sevilir, amma sağlamlığa ziyandır – Toyuğun bu hissələrini yeməyin!
"Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək", deyə Dövlət başçısı müşavirədə bildirib.
Müşavirədən dərhal sonra isə Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramını təsdiqləyib. Bununla da, ilk dəfə olaraq paytaxt və ətraf ərazilərin su təminatına vahid, genişmiqyaslı və mərhələli sənəd çərçivəsində yanaşma təsbit edildi. Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr Təsdiqlənmiş proqram Bakı, Sumqayıt və bütün Abşeron yarımadasını əhatə etməklə su təminatında keyfiyyətcə yeni mərhələ açır. Sənədin icrası nəticəsində, 28-30 yeni su anbarının tikintisi, 200 kilometrdən çox magistral və paylayıcı şəbəkənin yenidən qurulması, nəzərdə tutulur. Bundan əlavə, 2035-ci ilədək sayğaclaşmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 70 faizdən 95 faizə yüksəldilməsi, kanalizasiya xidmətinin əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırılması planlaşdırılır. Abşeron yarımadasının 64 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin qurulması da Dövlət Proqramında öz əksini tapıb. Bu göstəricilər sadəcə texniki parametrlər deyil, əhalinin gündəlik həyat keyfiyyətini, şəhərlərin dayanıqlığını və ekoloji təhlükəsizliyi birbaşa müəyyən edən faktorlardır. Su itkiləri və qənaət Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı məsələlərdən biri də su itkiləridir. "Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Halbuki biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır", - Dövlət başçısı vurğulayıb. Bu kontekstdə əhalinin suya qənaətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycanda su resurslarının 70 faizdən çoxu kənd təsərrüfatı suvarmasında istifadə olunur. Təsadüfi deyil ki, Dövlət Proqamı çərçivəsində su itkilərinin 20 faizdən aşağı salınması hədəflənir. Su ehtiyatlarına qənaətli yanaşma isə su qıtlığını azaltmaqla yanaşı, gələcək nəsillər üçün strateji ehtiyatların qorunmasına xidmət edir. Dəniz suyunu duzsuzlaşdırma strategiyası Proqramın ən mühüm yeniliklərindən biri Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun inşasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə sırf xarici investisiyalar hesabına həyata keçiriləcək:
"Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaq".
Qara dənizdə Qazaxıstana məxsus neft tankerləri kamikadze dronlarının hü
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
31 dekabrda Yeni ili xüsusi təmtəraqla qeyd edən ölkələrin bir çoxunda b
sitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" lə
Süni intellekt tərəfindən, yəni insanın iştirakı olmadan yaradılmış �
Müğənni Şəhla Həmidova illərdir kirayədə yaşadığını "Günə U
Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi
Azərbaycanın ilk rəqəmsal bankı Birbank Mərkəzi Bankın "Açıq bank
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın
Aparıcı və müğənni Ellada Eyvazova təsirli, eyni zamanda ümid verən hə
Son günlər metroda qiymətlərin artacağı ilə bağı məlumatlar yayılıb.
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 v�
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öld
