Azərbaycanda 100dən çox məktəb ləğv olunacaq Dərslər onlayn olacaq AÇIQLAMA
Digərləri 13 Yan 2026 20:00:00 68 0
"Şagird sayı az olan məktəblərdə tədrisin keyfiyyətinin aşağı olması bir neçə rakursdan araşdırılıb və burada əsas problemlər sosial-iqtisadi amillər, eləcə də müəllim çatışmazlığı ilə bağlıdır".
Bu xəbəri də oxu: Gələcək nəsillər üçün su: bu gün hansı qərarlar verilir?
Son.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, azşagirdli məktəblərdə bir çox hallarda bir neçə fənn üzrə müəllim olmur və nəticədə şagirdlər illərlə bəzi fənləri ümumiyyətlə keçə bilmirlər:
"Elə hallar var ki, bütöv bir sinif iki-üç il dalbadal kimya, biologiya və ya digər fənni öyrənmir. Səbəb sadədir. Həmin məktəbdə o fənni tədris edəcək müəllim yoxdur. Bu isə artıq ciddi siqnaldır. Burada söhbət regiondan yox, konkret məktəbdən gedir".
Vəfa Yaqublu bildirib ki, azşagirdli məktəblərdə dərs saatları az olduğu üçün müəllimlərin əməkhaqqı da aşağı olur və bu, kadr təminatında ciddi problemlər yaradır:
"Uzun müddətdir müzakirə olunur ki, azkomplektli məktəblərdə kadr təminatını necə yaxşılaşdırmaq, gənc müəllimləri bu məktəblərdə işləməyə necə həvəsləndirmək olar. Məhz bu ehtiyaclar fonunda hibrid təhsil modelinin tətbiqi gündəmə gəlib".
Yeni yanaşmaya əsasən, məktəbdə müəllimi olmayan fənlər distant formada tədris ediləcək. Şagirdlər həmin dərslərə rayon mərkəzində yerləşən, texniki cəhətdən tam təmin olunmuş mərkəz məktəblər vasitəsilə qoşulacaqlar. Bu dərsləri rayon üzrə yüksək sertifikasiya nəticələri olan, tədris səriştəsi güclü müəllimlər aparacaq.
Agentlik rəsmisi qeyd edib ki, bu model bir çox ölkələrdə artıq tətbiq olunur:
"Post-sovet məkanında Qazaxıstan, Rusiya, Gürcüstan və Ukraynada distant və hibrid təhsil modelləri mövcuddur. Bu, real və işlək bir mexanizmdir".
Onun sözlərinə görə, bu yanaşma müəyyən mənada mövcud komfort zonasından çıxmaq deməkdir və proses zamanı çətinliklər də ola bilər. Lakin əsas məqsəd lokal deyil, sistemli problemlərin həllidir.
Vəfa Yaqublu vurğulayıb ki, təhsil sahəsində planlaşdırılan dəyişikliklər məktəblərin ləğvini nəzərdə tutmur:
"Bəzi məktəblərdə siniflərdə şagird sayı 3-4 nəfərə qədər düşür. Bu isə həm tədris keyfiyyəti, həm də maliyyə baxımından çətinlik yaradır. Amma bu, məktəblərin bağlanması demək deyil. Müəllimi olan fənlər ənənəvi qaydada, müəllimi olmayan fənlər isə distant formatda keçiriləcək".
Qeyd edib ki, hazırda bu model Lənkəran-Astara regionunda bir neçə məktəbdə pilot qaydada sınaqdan keçirilir. Xüsusilə yuxarı siniflərdə biologiya, kimya, tarix kimi fənlər distant formada tədris olunub və nəticələr qənaətbəxş hesab edilir. Müxtəlif kənd məktəblərindən az sayda şagird virtual siniflərdə birləşdirilib.
Rəsmi məlumatlara görə, ölkə üzrə 100-dən çox məktəbdə şagird sayı azdır. Bu göstərici ölkədaxili miqrasiya proseslərindən asılı olaraq dəyişir. Məsələn, Qarabağa köçlə əlaqədar bəzi ərazilərdə məktəblər böyüyür, digər regionlarda isə şagird sayı azalır.
Qeyd olunur ki, tətbiq edilən model nəticəsində müəllimlər işsiz qalmayacaq. Azşagirdli məktəblərdə çalışan müəllimlər digər məktəblərə yönləndiriləcək, yerdəyişmələr aparılacaq. Məktəblərdə isə minimum heyət saxlanılacaq və şagirdlərin dərslərə cəlb olunması təşkil ediləcək:
"Ümumilikdə, yeni yanaşma təhsilin əlçatanlığını qorumağı, müəllim resurslarından səmərəli istifadəni və uzunmüddətli perspektivdə tədrisin keyfiyyətini artırmağı hədəfləyir".
Mina Mikayılova Son.az
İranda geniş yayılmış xalq etirazları üsyandır və bu, İranın sərhəd
Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyat�
İranda həftələrdir hökumət əleyhinə etirazlar davam edərkən tanınmı�
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar ol
Türkiyədə İstanbul şəhər Mülki Məhkəməsi həbsdə olan keçmiş İsta
İranda üç həftədir davam edən etirazlar zamanı ölənlərin sayı təxmin
Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı 27 yaşlı İlkin Hüse
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komand
Türkiyəli müğənni və aktrisa Nükhet Durunun son paylaşımı sosial şəb
Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin ic
İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətin
Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kən
Azərbaycanda telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyic
Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci �
