Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması üçün ayrılacaq vəsaitin məbləği açıqlanıb


Sosial 20 Fev 2018 12:33:00 159 0

Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması üçün ayrılacaq vəsaitin məbləği açıqlanıb

Prezidentin sosial təqaüdlərin artırılması haqqında sərəncamların şamil olunacaq şəxslərin sayı açıqlnıb

Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezidentin təqaüdünün artırılması haqqında sərəncamlar ümumilikdə 33,6 min nəfərə şamil olunacaq.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür: "Azərbaycan Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli sərəncamı 12556 şəhid ailəsinə şamil olunacaq. Sərəncamla şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq və bu artımın həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 2,9 milyon manat əlavə vəsaitin ayrılması təmin olunacaq.

Azərbaycan Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 19 fevral 2018-ci il tarixli sərəncamı 20744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə şamil olunacaq. Onlardan 14134 nəfərini Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci Dünya müharibəsi əlilləri, 3363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar təşkil edir. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə müvafiq artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 3 milyon manata yaxın əlavə vəsait ayrılacaq.

Növbəti sərəncam - “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” sərəncam isə 307 nəfərə şamil olunacaq və onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 40,8 min manat təşkil edəcək".

Nazirliyin məlumatına görə, qeyd olunan üç sərəncam şəhid ailələrindən, müharibə və 20 Yanvar əlillərindən ibarət olmaqla ümumilikdə 33,6 min nəfəri əhatə edəcək və həmin sərəncamlarda nəzərdə tutulan artımların həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 6 milyon manata yaxın əlavə vəsait ayrılacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan və müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət qayğısının artırılmasını nəzərdə tutan hər üç sərəncamın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vaxtında və tam şəkildə təmin ediləcəkdir.

Qeyd edilib ki, müharibə əlilləri və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə bərabər, əlilliyə görə aylıq əmək pensiyası və ya əmək pensiyası hüququ olmadıqda aylıq sosial müavinət də ödənilir. Müharibə əlillərinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət verilir.

Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinətlə təmin edilirlər.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin respublikanın ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Nazirlikdən bildirilib ki, bu təbəqələrdən olan insanlarla bağlı mühüm sosial proqramlardan biri də onların mənzillə təminatına yönəlib: "Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 6,1 min əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 92,2 faizi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, digərləri İkinci Dünya müharibəsi və Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir. Ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilənlərin 73 nəfəri də 20 Yanvar əlilləri və 20 Yanvar şəhidlərinin ailələri olub".

Hüseyn zarafata bankı soyacağını dedi like
  • 20 Fev 12:31  
Digərləri Hüseyn zarafata bankı soyacağını dedi

Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov Moskvada polis tərə

arrow Ətraflı
Azərbaycanda bu borclar tam silinə bilər like
  • 20 Fev 12:27  
Digərləri Azərbaycanda bu borclar tam silinə bilər

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində m

arrow Ətraflı
İran "qaynayır" -  Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var like
  • 20 Fev 12:26  
Digərləri İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nə

arrow Ətraflı
Daha bir silahlı "zek" aşkarlandı  O da avtomatı zibillikdə "tapıb"  FOTO like
  • 20 Fev 12:26  
Kriminal Daha bir silahlı "zek" aşkarlandı O da avtomatı zibillikdə "tapıb" FOTO

Bakıda keçmiş məhkumdan avtomat silah aşkar edilərək götürülüb.

arrow Ətraflı
Sabah çiskin olacaq like
  • 20 Fev 12:26  
Digərləri Sabah çiskin olacaq

Ölkə ərazisində fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Azərbaycan dilinə hansı dillərin daha çox təsir göstərdiyi açıqlanıb like
  • 20 Fev 12:25  
Sosial Azərbaycan dilinə hansı dillərin daha çox təsir göstərdiyi açıqlanıb

Nizami Cəfərov bildirib ki, regiondakı dillərin Azərbaycan dilinə təsiri

arrow Ətraflı
Sabaha olan hava proqnozu açıqlanıb like
  • 20 Fev 12:25  
Sosial Sabaha olan hava proqnozu açıqlanıb

Meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatu

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində "Dəb ikonası" adlı seminar keçiriləcək  FOTO like
  • 20 Fev 12:25  
Digərləri Heydər Əliyev Mərkəzində "Dəb ikonası" adlı seminar keçiriləcək FOTO

Heydər Əliyev Mərkəzində rusiyalı dəb mütəxəssisi Natalya Tolkunovanı

arrow Ətraflı
"Dərmanlar keyfiyyətsizdir" iddialarına nairlikdən CAVAB like
  • 20 Fev 12:24  
Digərləri "Dərmanlar keyfiyyətsizdir" iddialarına nairlikdən CAVAB

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycandakı dərmanlar

arrow Ətraflı
"Üçüncü uşağı istəyirəm, xanımım razı olmur" like
  • 20 Fev 12:22  
Digərləri "Üçüncü uşağı istəyirəm, xanımım razı olmur"

Aktyor Şahan Gökbakar “Kayhan” filmini Ankarada təqdim edib

arrow Ətraflı
Baba Rzayev seçki günü ilə bağlı tapşırıq verdi  FOTO like
  • 20 Fev 12:17  
Digərləri Baba Rzayev seçki günü ilə bağlı tapşırıq verdi FOTO

Aprelin 11-də Azərbaycanda prezident seçkilərinin təyin edilməsi ilə əla

arrow Ətraflı
"Tottenham" 25 yaşlı futbolçu ilə maraqlanır like
  • 20 Fev 12:15  
İdman "Tottenham" 25 yaşlı futbolçu ilə maraqlanır

"Crystal Palace"in yarımmüdafiəçisi Vilfrid Zaha yayda klubunu də

arrow Ətraflı
Yuxugətirici və qıcolma dərmanları ilə ehtiyatlı olun! ZƏHƏRLƏNMƏ riski var like
  • 20 Fev 12:14  
Digərləri Yuxugətirici və qıcolma dərmanları ilə ehtiyatlı olun! ZƏHƏRLƏNMƏ riski var

Ən çox kəskin zəhərlənmə verən preparatlar yuxugətirici və qıcolma ə

arrow Ətraflı
Fransada PKK tərəfdarları türklərə hücum etdilər, like
  • 20 Fev 12:13  
Dünya Fransada PKK tərəfdarları türklərə hücum etdilər,

Hücum nəticəsində 1-nin vəziyyəti ağır olmaq, 4 türk vətəndaşı yara

arrow Ətraflı