Bakı restoranlarından birində musiqiçilər arasında dava düşüb


Sosial 20 Fev 2018 00:04:17 294 0

Bakı restoranlarından birində musiqiçilər arasında dava düşüb

Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb.

“Report” xəbər verir ki, 1979-cu il təvəllüdlü sintizator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kələ-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.