Bakıda dələduzluqda təqsirləndirilən keçmiş bank əməkdaşı apellyasiya şikayəti verib


Sosial 19 Fev 2018 10:31:00 292 0

Bakıda dələduzluqda təqsirləndirilən keçmiş bank əməkdaşı apellyasiya şikayəti verib

Şikayət hakim Faiq Qasımovun sədrliyi ilə araşdırılacaq

Dələduzluqda təqsirləndirilən Eldar Salmasinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 20-nə təyin edilib.

Şikayət hakim Faiq Qasımovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, E.Salmasi "Zaminbank" ASC-də xəzinədar vəzifəsində işləyib. O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməlini törədib. E.Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Salmasinin 10 il müddətinə azadlıqdan məhrum edilib.