“QHTşniklərin” məhkəməsi başlayır
Kriminal 12 Yan 2026 15:35:00 67 0
Qanunsuz medallar təsis edərək onları çoxsaylı şəxslərə verməkdə ittiham olunan QHT-lərin vəzifəli şəxsləri barəsində ibtidai istintaq tamamlanıb.
Bu xəbəri də oxu: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti möhtəşəm konserti baş tutdu FOTO
Bu barədə Son.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İbtidai istintaqla "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.
Belə ki, qanunvericilikdə, o cümlədən "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, digər normativ hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan edilməsi, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda isə QHT-lərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməzliyinin təsbit edilməsinə baxmayaraq, sözügedən vəzifəli şəxslər tərəfindən bu tələblər kobud şəkildə pozulub.
Toplanmış sübutlar əsasında Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib və iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Bundan başqa "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ictimai birliklər dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməli olduğu halda, "Qarabağ Əlillərinə Qayğı", "Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi", "Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı", "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birlikləri və "Dədə Qorqud" Xeyriyyə Fondu qanunvericiliyin tələblərini pozaraq üzvlərinin reyestrini aparmayıb və nizamnamələrinə uyğun fəaliyyət göstərməyiblər.
Sadalanan faktlarla bağlı müvafiq təşkilatlar və onların rəhbərləri barəsində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 579-cu (qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilib.
Eyni zamanda, QHT-lərin (ictimai birliklər və fondlar) qeydiyyata alınması, həmin təşkilatların müvafiq istiqamətlərə uyğun fəaliyyət göstərməsi və qeyd edilən qurumlardan daxil olan müraciətlərə baxılması zamanı cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinin nəzərə alınması, yeni qeydiyyat üçün müraciət edən və əvvəllər qeydiyyata alınmış təşkilatların nizamnamələrinin qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması və bu sahədə nəzarətin gücləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə Ədliyyə Nazirliyinə müraciət edilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Türkiyəli aktyor Doğukan Güngörün narkotiklə bağlı istintaqda verdiyi i
Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə dü�
İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir.
Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - "Həkəriçay
Evlilik təklifi etmək istəyən bir kişinin başına gələn hadisə sosial �
İşçi ilə işəgötürən arasında əmək müqaviləsinin əsas şərtlərin
Məşhur türkiyəli aktyor Can Yaman İstanbulda narkotik əməliyyatı çərç
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçə
Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi
Müğənni Roza Zərgərli son görünüşü ilə diqqət çəkib.
Təyyarələrdə istifadə olunan kran suyunun sağlamlıq üçün ciddi risklə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) yeni Aparat rəh
Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bon
"Əhliman müəllim demək olar ki, danışmır, bir kəlmə də kəsmir. B
