Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN


Digərləri 12 Yan 2026 13:36:00 87 0

Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN

Təyyarələrdə istifadə olunan kran suyunun sağlamlıq üçün ciddi risklər daşıdığına dair yeni araşdırma səyahətçilər arasında narahatlıq yaradıb. Alimlər dünyanın aparıcı aviaşirkətlərinə məxsus təyyarələrdəki suda nəcis mənşəli bakteriyaların aşkarlandığını bildiriblər.

Son.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, genişmiqyaslı tədqiqat uçuş zamanı çay və qəhvə kimi isti içkilərin belə təhlükəli ola biləcəyini üzə çıxarıb. Mütəxəssislər sərnişinlərə yalnız butulkada olan sudan istifadə etməyi, eləcə də təyyarə kran suyu ilə əlləri yumaqdan çəkinməyi tövsiyə edirlər.

Araşdırma "Qida, dərman və uzunömürlülük kimi" qeyri-kommersiya təşkilatı tərəfindən üç il ərzində aparılıb. Bu müddətdə 10 iri və 11 regional aviaşirkətə məxsus təyyarələrdən götürülən 35 mindən çox su nümunəsi laboratoriyada yoxlanılıb. Nəticələr göstərib ki, bir çox hallarda bu sular mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcək dərəcədə çirklidir.

Mütəxəssislər xüsusilə tualetlərdəki gigiyenaya diqqət çəkərək bildiriblər ki, təyyarə çənlərində tez-tez patogen mikroorqanizmlər olur. Bu səbəbdən sərnişinlərə ən azı 60 faiz spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə etmək tövsiyə olunur.

Araşdırma çərçivəsində suyun keyfiyyəti 5 ballıq şkala üzrə qiymətləndirilib. Çirklənmə və qaydaların pozulmasına görə aviaşirkətlər bal itirib. Delta və Frontier ən yüksək - "A" qiyməti alıb. Southwest Airlines "C" dərəcəsi ilə orta səviyyədə qərarlaşıb. American Airlines, JetBlue və Spirit isə "D" risk qrupuna daxil edilib. Regional daşıyıcılar arasında Mesa Airlines "F", Republic Airways isə "D" ilə ən zəif nəticə göstərib.

Laboratoriya analizləri içməli suda qətiyyən olmamalı mikroorqanizmlərin mövcudluğunu da üzə çıxarıb. Nümunələrin 2,7 faizində koliform bakteriyaları, 21 aviaşirkət üzrə ümumilikdə 32 halda isə bağırsaq çubuğu aşkar edilib ki, bu da ciddi nəcislə çirklənməyə işarə edir.

Qeyd edək ki, ABŞ-da hələ 2011-ci ildə Təyyarədə İçməli Su Qaydaları qəbul edilib və aviaşirkətlərdən çənləri ildə dörd dəfə təmizləmək tələb olunur. Lakin hesabat müəllifləri EPA-nın bu qaydalara əməl olunmasına görə nadir hallarda real cərimələr tətbiq etdiyini vurğulayırlar.

Aviaşirkətlər isə təhlükəsizliyin prioritet olduğunu bildirirlər. American Airlines daxili yoxlamalarda ciddi pozuntu aşkarlanmadığını, JetBlue artıq butulkada suya keçdiyini, Spirit isə təmizlik sistemlərini daim yenilədiklərini açıqlayıb.

Buna baxmayaraq, alimlər sərnişinlərə risk etməməyi məsləhət görürlər. Onların sözlərinə görə, təyyarədə çay və qəhvə üçün istifadə olunan su eyni çənlərdən götürülür və çox vaxt bakteriyaları tam məhv edəcək temperaturda qızdırılmır.

Hüseyn Son.az

AHİKə yeni aparat rəhbəri təyin edildi like
  • 12 Yan 13:34  
Digərləri AHİKə yeni aparat rəhbəri təyin edildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) yeni Aparat rəh

arrow Ətraflı
Bakıda məşhur restoranda bədbəxt HADİSƏ like
  • 12 Yan 13:24  
Digərləri Bakıda məşhur restoranda bədbəxt HADİSƏ

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bon

arrow Ətraflı
"Bir kəlmə də danışmır"  Xanımı Aşıq Əhliman haqda like
  • 12 Yan 13:20  
Şou-biznes "Bir kəlmə də danışmır" Xanımı Aşıq Əhliman haqda

"Əhliman müəllim demək olar ki, danışmır, bir kəlmə də kəsmir. B

arrow Ətraflı
Toy zamanı daha bir şadlıq sarayında yanğın oldu like
  • 12 Yan 13:03  
Digərləri Toy zamanı daha bir şadlıq sarayında yanğın oldu

Yanvarın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerl

arrow Ətraflı
Şimalqərb küləyi, qar...  Sabahın HAVASI like
  • 12 Yan 12:56  
Digərləri Şimalqərb küləyi, qar... Sabahın HAVASI

Yanvarın 13-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
“Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir”  Yunus Oğuz like
  • 12 Yan 12:52  
Digərləri “Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir” Yunus Oğuz

"Dünya artıq  Amerikanın timsalında birqütblü idarəetməyə doğru

arrow Ətraflı
Şamaxıdakı zəlzələ Bakıda ola bilər?  Qurban Yetirmişli AÇIQLADI like
  • 12 Yan 12:50  
Digərləri Şamaxıdakı zəlzələ Bakıda ola bilər? Qurban Yetirmişli AÇIQLADI

Şamaxıda qeydə alınan zəlzələlər əhali arasında narahatlıq yaradıb.

arrow Ətraflı
KOBİA Zərdabda sahibkarları dinlədi like
  • 12 Yan 12:48  
Digərləri KOBİA Zərdabda sahibkarları dinlədi

Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadə olunma

arrow Ətraflı
Abşeronda təhlükəli ərazi PLANA DÜŞDÜ  yüksək məbləğdə kompensasiya ödəniləcək like
  • 12 Yan 12:38  
Digərləri Abşeronda təhlükəli ərazi PLANA DÜŞDÜ yüksək məbləğdə kompensasiya ödəniləcək

Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyado

arrow Ətraflı
Saba Tümer məşhur serialda rol alacaq like
  • 12 Yan 12:30  
Şou-biznes Saba Tümer məşhur serialda rol alacaq

"Kızılcık şerbeti" serialında məşhur aparıcı Saba Tümer də

arrow Ətraflı
Yas məclisləri ilə bağlı QƏRAR like
  • 12 Yan 12:24  
Digərləri Yas məclisləri ilə bağlı QƏRAR

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan veril

arrow Ətraflı
Tələbənin vəfatı ilə bağlı dövlət qurumları araşdırmaya başladı like
  • 12 Yan 12:19  
Digərləri Tələbənin vəfatı ilə bağlı dövlət qurumları araşdırmaya başladı

Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma ba

arrow Ətraflı
Elnur Qasımov müdir təyin olundu like
  • 12 Yan 12:15  
Digərləri Elnur Qasımov müdir təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu

arrow Ətraflı
Ağadadaş Ağayevi döyən Nurəddin Cəlilov cəzadan azad olundu like
  • 12 Yan 12:10  
Kriminal Ağadadaş Ağayevi döyən Nurəddin Cəlilov cəzadan azad olundu

Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti mə

arrow Ətraflı