Aeroport yolundakı qəza hərəkəti "iflic" etdi
Digərləri 12 Yan 2026 15:55:00 60 0
Yanvarın 10-u saat 15 radələrində aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu xəbəri də oxu: Baş nazir qərar imzaladı
Son.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən metronun "Koroğlu" stansiyası, mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Lakin yol polisi əməkdaşlarının operativ müdaxiləsindən sonra tıxac aradan qaldırılıb.
Qurum bu hadisə fonunda sürücülərə bir daha müraciət edib: "Müşahidə kameralarının əhatə dairəsində qeydə alınan qəzaların təhlili göstərir ki, Bakıda sürücü diqqətsizliyi səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı az deyil.
Sürücülər bilməlidirlər ki, hərəkət zamanı istənilən nəqliyyat vasitəsində texniki nasazlıq yarana və bu, avtomobilin məcburi şəkildə yolun hərəkət hissəsində dayanmasına səbəb ola bilər. Belə hallarda digər sürücülərin diqqətinin yolda olmaması, sükan arxasında mobil telefon və ya digər diqqət yayındıran vasitələrdən istifadə etməsi sürətin vaxtında azaldılmamasına və nəticədə qəzanın baş verməsinə gətirib çıxarır. Xüsusilə hərəkətin intensiv olduğu küçə və prospektlərdə bu cür hadisələr ölüm və xəsarət halları, nəqliyyat vasitələrinə ciddi zərər dəyməsi və süni nəqliyyat sıxlıqları ilə nəticələnir.
Qeyd olunanları nəzərə alaraq, NİİM sürücüləri yollarda daha diqqətli olmağa, düzgün ara məsafəsi saxlamağa, sükan arxasında diqqəti yayındıran vasitələrdən istifadə etməməyə və məsuliyyətli davranmağa çağırır".
Həmin qəzanın başvermə anını təqdim edirik:
Azərbaycanda çobanlar böyük yeyinti cinayətində ittiham olunur.
Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşl�
Azərbaycanda su mənbələrinin bərpası nəticəsində istehsal gücünün sa
Qanunsuz medallar təsis edərək onları çoxsaylı şəxslərə verməkdə itt
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Türkiyəli aktyor Doğukan Güngörün narkotiklə bağlı istintaqda verdiyi i
Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə dü�
İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir.
Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - "Həkəriçay
Evlilik təklifi etmək istəyən bir kişinin başına gələn hadisə sosial �
İşçi ilə işəgötürən arasında əmək müqaviləsinin əsas şərtlərin
Məşhur türkiyəli aktyor Can Yaman İstanbulda narkotik əməliyyatı çərç
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçə
Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi
Müğənni Roza Zərgərli son görünüşü ilə diqqət çəkib.
