Dünyanın ilk fotoşəkili: 8 saatlıq səbrin nəticəsi
Dünya 12 Yan 2026 08:48:00 67 0
Bu gün saniyələr içində minlərlə yüksək keyfiyyətli şəkil çəksək də, hər şey 1826-cı ildə (bəzi qaynaqlara görə 1827) Fransanın Le Qra bölgəsindəki bir malikanənin pəncərəsindən çəkilən o bulanıq görüntü ilə başladı.
Bu xəbəri də oxu: 250 kqlıq ayı ABŞ sakininin zirzəmisində sığınacaq tapdı
Son.az xəbər verir ki, dünyanın ilk qalıcı fotoşəkilini fransız ixtiraçı Jozef Nikifor Nyeps çəkmişdir. O, bu görüntünü əldə etmək üçün "Heliyoqrafiya" (Gündüz yazısı) adlandırdığı xüsusi bir texnikadan istifadə edib.
Şəkildə Nyepsin iş otağının pəncərəsindən görünən malikanənin damları və ətrafdakı binalar əks olunub.
Bu görüntünü əldə etmək üçün kameranın pəncərə önündə tam 8 saat (bəzi araşdırmalara görə isə günlərlə) hərəkətsiz qalması lazım idi. Buna görə də şəkildə günəşin binanın hər iki tərəfinə düşən kölgələrini görmək mümkündür.
Nyeps bu görüntünü qalay və qurğuşun qarışığından hazırlanan bir lövhə üzərinə, işığa həssas olan "Yəhudi bitumu" (bir növ asfalt) çəkərək əldə etmişdi.
Bu tarixi lövhə uzun illər itmiş hesab olunurdu. Yalnız 1952-ci ildə Helmut və Elison Qershaym (Helmut & Alison Gernsheim) tərəfindən yenidən tapılaraq dünya elminə qazandırıldı. Hazırda bu əvəzsiz əsər ABŞ-ın Texas Universitetində, xüsusi azotla doldurulmuş şüşə qabda qorunur.
Nyepsin bu kəşfi daha sonra Lui Daqer (Louis Daguerre) tərəfindən inkişaf etdirilərək müasir fotoqrafiyanın təməli olan "Daqerotip" texnikasına yol açdı. Əgər Nyepsin o günkü 8 saatlıq səbri olmasaydı, bu gün vizual dünya tamamilə fərqli ola bilərdi. Lalə Qüdrətova Son.az
Klassik fizika və kosmos sahəsində inqilab yarada biləcək bir iddia gündə
Türkiyədə qadınların əməyi və sahibkarlıq ruhu təbiətdən gələn sad
Evin içində atdığınız hər addımda arxanızca gələn bir pişik... Əgə
Sosial mediada və ya supermarket rəflərində bağırsaq sağlamlığını yax
Model Kendall Cenner son vaxtlar səslənən estetik müdaxilə iddialarına mü
Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlarda bədən temperaturunun 38°
Şüyüd toxumu yağı uzun illərdir təbii müalicə vasitəsi kimi tanınır.
ABŞ-li alimlər aclıq hissi yaratmadan orqanizmdə faydalı bioloji dəyişikl
Bakıda və Abşeron yarımadasında yanvarın 17-dən havanın temperaturu 0°
Lüks xərcləri ilə tez-tez xəbər başlıqlarına çıxan aktrisa Hande Erç
İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə
Səhiyyə sistemində köklü dəyişikliklərin anonsu verilib. ABŞ-ın Utah �
Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.
Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Na
