Pişiyiniz niyə kölgəniz kimi hər yerdə arxanızca gəlir?
Digərləri 12 Yan 2026 07:07:00 72 0
Evin içində atdığınız hər addımda arxanızca gələn bir pişik... Əgər o, sizi hamama, mətbəxə, qonaq otağına, hətta yatağa qədər təqib edirsə, bunun sadəcə "şirinlik" olmadığını bilmək faydalıdır. Mütəxəssislərin fikrincə, pişiklərin sahiblərindən ayrılmamasının arxasında çoxumuzun heç ağlına gətirmədiyi ciddi səbəblər dayanır.
Bu xəbəri də oxu: Çuqun tavada hansı yeməkləri bişirmək məsləhət deyil?
Son.az xəbər verir ki, pişik davranışlarını araşdıran mütəxəssislərin bildirdiyinə görə, bu təqib halı tamamilə instinktivdir və çox vaxt müəyyən bir mesaj daşıyır. Ev pişikləri nə qədər rahat həyat sürsələr də, daxillərində hələ də ovçu əcdadlarının izlərini daşıyırlar. Bu səbəbdən onlar sizi sadəcə bir "ev yoldaşı" kimi deyil, həyatlarının mərkəzində duran əsas fiqur kimi görürlər.
Heyvan davranışları üzrə ixtisaslaşan "Kinship" nəşri bu vəziyyəti belə izah edir: "Pişik üçün insan təkcə sevgi mənbəyi deyil; eyni zamanda ən etibarlı qida, diqqət və təhlükəsizlik qaynağıdır."
Bu davranışın əsas səbəbləri: Pişiklərin təbii qidalanma rejimi gün ərzində kiçik porsiyalarla təxminən beş paydır. Lakin ev pişikləri insanların müəyyən etdiyi saatlara uyğunlaşmalı olurlar. Ac qalan pişik arxanızca gələrək və ya miyoldayaraq bu vəziyyəti sizə xatırladır.
Pişiklər olduqca ağıllı və inadkar canlılardır. Diqqət çəkmək üçün pəncələri ilə toxunmaq, əşyaları yerə atmaq və ya birbaşa gözlərinizin içinə baxmaqla "məni fərq et" mesajı verirlər.
Əgər pişiyiniz son vaxtlar normaldan daha çox arxanızca gəlməyə başlayıbsa, bu, bir xəstəliyin işarəsi ola bilər. Ağrı və ya narahatlıq hiss edən pişiklər özlərini ən güvəndə hiss etdikləri şəxsə daha çox yaxınlaşırlar. Belə hallarda baytar müayinəsi tövsiyə olunur.
Pişiklər rutinləri (adət etdikləri nizamı) sevirlər. Evdəki nizamın dəyişməsi, yeni əşya və ya kənar qonaq onları stressə sala bilər. Bəzi pişiklər stres anında gizlənsə də, bəziləri sahibinin yanından ayrılmamağı üstün tutur.
Pişiklər ərazi hissi güclü olan heyvanlardır. Bəzi mütəxəssislərə görə, pişiklər sahiblərini ailənin bir parçası kimi görür və onları "nəzarətdə saxlamaq" ehtiyacı hiss edirlər.
Hamama gedəndə belə arxanızca gəlməsi əslində aranızdakı güclü bağın bir təzahürüdür. Sizi öz qoruyucusu və dostu kimi qəbul etdiyini göstərir.
Pişiklər sahibinin üzgün və ya xəstə olduğunu hiss edə bilirlər. Belə anlarda daha çox yaxınlıq göstərib yanınızda qalırlar. Bu, onların sandığımızdan daha çox empatiya qabiliyyətinə malik olduğunu sübut edir. Lalə Qüdrətova Son.az
Sosial mediada və ya supermarket rəflərində bağırsaq sağlamlığını yax
Model Kendall Cenner son vaxtlar səslənən estetik müdaxilə iddialarına mü
Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlarda bədən temperaturunun 38°
Şüyüd toxumu yağı uzun illərdir təbii müalicə vasitəsi kimi tanınır.
ABŞ-li alimlər aclıq hissi yaratmadan orqanizmdə faydalı bioloji dəyişikl
Bakıda və Abşeron yarımadasında yanvarın 17-dən havanın temperaturu 0°
Lüks xərcləri ilə tez-tez xəbər başlıqlarına çıxan aktrisa Hande Erç
İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə
Səhiyyə sistemində köklü dəyişikliklərin anonsu verilib. ABŞ-ın Utah �
Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.
Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Na
"Hər gün Ağstafada şair Səməd Vurğunun adına olan parka gedirəm v�
İran hakimiyyəti "ABŞ və sionist rejiminə müqavimət göstərərək h
Düzgün qəhvə istehlakı orqanizmin daha çox enerji xərcləməsinə, tonusu
