Məhkəmə keçmiş polis rəisinin apellyasiya şikayətini təmin etməyib


Sosial 14 Fev 2018 15:33:54 114 0

Məhkəmə keçmiş polis rəisinin apellyasiya şikayətini təmin etməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb

Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi, polis mayoru Mahir Əkbərovun barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Əkbərovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Əkbərovun həyat yoldaşı Leyla Əkbərova vətəndaşlardan 150 min manat pul alaraq dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilib. O, vətəndaşları işə düzəltmək, universitetə qəbul etdirmək, diplom almasına kömək etmək vədləri verərək bu əməlləri törədib.

Zərərçəkənlərdən biri olan Anara Məmmədova bildirib ki, onu işə düzəltmək adı ilə 100 min manatdan çox pul alıb. Bu işdə M.Əkbərovun anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərovanın adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə verib.

Bu məhkəmə prosesi ərəfəsində M.Əkbərov mətbuata açıqlama verərək zərərçəkmiş Anara Məmmədova və həyat yoldaşı Dəyanət Məmmədov haqda ittihamlar irəli sürüb. O iddia edib ki, D.Məmmədov işlədiyi şirkətdə maliyyə maxinasiyalarına yol verərək əlavə qazanc əldə edir və özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edir.

Bundan sonra D.Məmmədov Yasamal Rayon Məhkəməsinə müraciət edib. O, M.Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib və səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib.

M.Əkbərovun işi üzrə Yasamal Rayon Məhkəməsində araşdırma aparılıb. Məhkəmə qərarına əsasən, o, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinib və o, 500 manat məbləğində cərimə edilib. Qərardan narazı qalan M.Əkbərov apellyasiya şikayəti verib.

Xatırladaq ki, L.Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verdiyi apelyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Bu məhkəmə prosesindən sonra zərərçəkmiş A.Məmmədova prokurorluğam rəsmi qaydada ərizə ilə müraciət edib. O, M.Əkbərovun arvadı ilə əlbir olmaqda, onun barəsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ittihamı ilə cinayət işi başlanmasını istəyib.

Lakin prokurorluqda aparılan araşdırmalardan M.Əkbərovun barəsində olan cinayət təqbinə xitam verilib.

Pxençxanda fırtına - yarış təxirə salındı like
  • 14 Fev 15:30  
İdman Pxençxanda fırtına - yarış təxirə salındı

Qış Olimpiya Oyunlarının keçirildiyi Cənubi Koreyanın Pxen&

arrow Ətraflı
2018-də yaşayışa təhvil veriləcək binalardan mənzil almağa tələsin like
  • 14 Fev 15:29  
Digərləri 2018-də yaşayışa təhvil veriləcək binalardan mənzil almağa tələsin

2018-də yaşayışa təhvil veriləcək binalardan mənzil almağa tələsin.

arrow Ətraflı
Müdafiə nazirinin müavini media nümayəndələri ilə görüşüb like
  • 14 Fev 15:27  
Siyasət Müdafiə nazirinin müavini media nümayəndələri ilə görüşüb

Görüş iştirakçıları bundan sonra da əlaqəli əməkdaşlıq fəaliyyəti

arrow Ətraflı
76 yaşlı qadın 106 yaşlı anasından polisə şikayət etdi: "Pullarımı oğurlayıb" like
  • 14 Fev 15:25  
Dünya 76 yaşlı qadın 106 yaşlı anasından polisə şikayət etdi: "Pullarımı oğurlayıb"

Moskvada 106 yaşlı qadından polisə şikayət edilib. Şikayətçi isə həmi

arrow Ətraflı
Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq like
  • 14 Fev 15:25  
Dünya Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

"Suriyanın yenidən bərpasında da iştirak edəcəyik"

arrow Ətraflı
"Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb like
  • 14 Fev 15:16  
Digərləri "Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmas

arrow Ətraflı
Səudiyyə Ərəbistanı İraqa 1,5, Türkiyə 5 milyard dollar ayırır - NƏYƏ? like
  • 14 Fev 15:16  
Digərləri Səudiyyə Ərəbistanı İraqa 1,5, Türkiyə 5 milyard dollar ayırır - NƏYƏ?

Səudiyyə Ərəbistanı İraqda bərpa işlərinə 1,5 milyard dollar ayırmağ

arrow Ətraflı