İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb


Sosial 14 Fev 2018 14:41:39 296 0

İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb

Şöbə müdirinin müavini: "Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq"

"Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar".

Bunu "Report"a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfərin olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".