DİN: Ötən gün 115 cinayət hadisəsi törədilib


Sosial 14 Fev 2018 08:30:54 272 0

DİN: Ötən gün 115 cinayət hadisəsi törədilib

Onların 26-sı “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanları tərəfindən 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, həmçinin axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyıti üzrə təhvil verilib.

Bildirilir ki, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.