Bakıda yaşlı kişi kafedə yeyib içdikdən sonra bıçaqlanıb


Sosial 13 Fev 2018 08:28:33 270 0

Bakıda yaşlı kişi kafedə yeyib içdikdən sonra bıçaqlanıb

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır

Bakının Suraxanı rayonunda 1 nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

"Report"un xəbərinə görə, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

1961-ci il təvəllüdlü Səfərov Adil Əli oğlu kafedə yeyib içdikdən sonra tanışı ilə mübahisə edib. Mübahisə zamanı tanışı A.Səfərovu bıçaqlayıb. 

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.