Nazir pensiyaların neçə faiz artırıldığını açıqlayıb


Sosial 10 Fev 2018 10:22:12 415 0

Nazir pensiyaların neçə faiz artırıldığını açıqlayıb

Səlim Müslemov: "Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək"

"Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək". 

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

O bildirib ki, əmək pensiyalarının artımı sığorta hissəsinin üzərinə əlavə olunur: "2017-ci il üzrə orta aylıq əmək haqqının artım tempi 5,7 faiz təşkil edib. Buna uyğun olaraq da pensiyalar 5,7 faiz artırılacaq".