Prokuror Bakıda "İraq Hava Yolları" şirkətinin ofisində qətl törədən şəxsə 20 il cəza istəyib
Sosial 09 Fev 2018 11:19:31 297 0
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.
O, E.Nəşirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktına əsasən, hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli "COBALT" markalı tüfənglə törədib.
Belə ki, hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.