Bakıda qadın bacısının evindən 20 min manat oğurlayıb


Sosial 08 Fev 2018 11:00:00 321 0

Bakıda qadın bacısının evindən 20 min manat oğurlayıb

Qadın polis tərəfindən saxlanılıb

Bakıda qadın bacısının evindən külli miqdarda pul oğurlayıb.

“Report”un məlumatına görə, hadisə Bakının Yasamal rayonunda Səkinə Mirzəxanovanın evində baş verib.

Naməlum şəxs evdən 20 min manat və 400 dollar oğurlayıb.

Araşdırma zamanı məlum olub ki, həmin evdən oğurluğu ev sahibinin bacısı 1973-cü il təvəllüdlü Bahar Salahova edib.

Qadın polis tərəfindən saxlanılıb.