Ölkədə təhsilin inkişafı daim Prezidentin diqqətindədir


Siyasət 08 Yan 2026 14:55:00 70 0

Ölkədə təhsilin inkişafı daim Prezidentin diqqətindədir

Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanallara verdiyi müsahibə zamanı önəmli məsələlərə toxunub. Ölkə başçısının çıxışında xüsusi yer alan məsələlərdən biri də elm və təhsil sahəsinin əhəmiyyəti oldu. Prezident vurğulayıb ki, müasir dünyada dövlətin və millətin real gücü təkcə təbii sərvətlərlə deyil, bilikli və savadlı insan kapitalı ilə ölçülür.

"Cəmiyyət savadlı və bilikli olduğu halda uzunmüddətli inkişafa nail olmaq olar. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq", - deyə İlham Əliyev qeyd edib.

İnsan kapitalının formalaşdırılması, bilikli kadrların yetişdirilməsi və onların ölkə daxilində səmərəli fəaliyyətinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Son.az-a açıqlamasında bildirib ki, Dövlət başçısı ölkədə aparılan islahatları, təhsil və elmin idarəçiliyinin birləşdirilməsini, savadlı kadrların yetişdirilməsini və onların müxtəlif sahələrdə fəaliyyətini təmin edən tədbirləri xüsusi vurğulayıb.

Deputat qeyd edib ki, gənclər xaricdə təhsil aldıqdan sonra ölkəmizə dönür və müxtəlif dövlət qurumlarında fəaliyyət göstərirlər ki, bu da beynəlxalq təcrübəni mənimsəyib Azərbaycanın inkişafına öz töhfələrini verdikləri anlamına gəlir.

C.Məmmədov hesab edir ki, xaricdə oxuyan şəxslərin işlə təmin olunması, onların təhsilinin maliyyələşdirilməsi, müəllimlərin və alimlərin maaşlarının artırılması olduqca önəmli məsələdir:

"Bu gün savadlı kadrların müxtəlif sahələrdə işə cəlbi üçün dövlət tərəfindən davamlı tədbirlər həyata keçirilir".

Millət vəkili söyləyib ki, Azərbaycanda universitetlərin bir qismi birgə yaradılmış universitetlərdir:

"Qarabağ Universiteti uğurla fəaliyyətini davam etdirir. Müəllimlərin savadlı biliklərinin artırılması istiqamətində işlər görülür. Bütün bu addımlar göstərir ki, ölkədə təhsilə böyük diqqət və qayğı var. Cənab Prezidentin rəhbərliyi ilə bu sahədə görülən işlər nəticəsində Azərbaycan təhsili daha da irəliyə gedir və inkişaf edir. Bu da ölkəmizin inkişafına öz müsbət təsirini göstərir".

Mina Mikayılova Son.az

Yanvar 3 bürc üçün dönüş nöqtəsi olacaq like
  • 08 Yan 14:50  
Digərləri Yanvar 3 bürc üçün dönüş nöqtəsi olacaq

Astroloqların proqnozlarına görə, yanvar ayı bəzi bürclər üçün taley�

arrow Ətraflı
Fərhad Həsənliyə yüksək vəzifə verildi like
  • 08 Yan 14:43  
Digərləri Fərhad Həsənliyə yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhər

arrow Ətraflı
Elşad Xose bu videosuna görə həbs olunub like
  • 08 Yan 14:38  
Digərləri Elşad Xose bu videosuna görə həbs olunub

Xəbər verdiyimiz kimi, məşhur reper Elşad Xose 15 gün müddətinə inzibat

arrow Ətraflı
Paşinyan: Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir like
  • 08 Yan 14:30  
Siyasət Paşinyan: Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir

Ermənistan və Azərbaycan arasında mümkün ticarət əməkdaşlığı çər�

arrow Ətraflı
Əməkdar artist qızı ilə arxiv FOTOsunu yaydı like
  • 08 Yan 14:30  
Şou-biznes Əməkdar artist qızı ilə arxiv FOTOsunu yaydı

Əməkdar artist Gülzar Qurbanova qızı Fidanla birlikdə arxiv fotosunu sosia

arrow Ətraflı
Həmin yolda teztez qəzalar baş verir  DİN ARAŞDIRDI like
  • 08 Yan 14:07  
Digərləri Həmin yolda teztez qəzalar baş verir DİN ARAŞDIRDI

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün günorta saatla

arrow Ətraflı
100 min işçinin şəklini təyyarəyə vurdular like
  • 08 Yan 14:00  
Digərləri 100 min işçinin şəklini təyyarəyə vurdular

Türk Hava Yolları (THY) 500-cü "​Airbus A350" tipli təyyarə il

arrow Ətraflı
Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla görüşüb like
  • 08 Yan 13:53  
Digərləri Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla görüşüb

Milli Məclisin deputatı Novruzəli Aslanov  2026-cı il 8 yanvar tarixində �

arrow Ətraflı
Tarixin devrilən prezidentləri: Siyasi süqutların xronikası like
  • 08 Yan 13:47  
Dünya Tarixin devrilən prezidentləri: Siyasi süqutların xronikası

Tarix sübut edir ki, heç bir hakimiyyət əbədi deyil. Xalq etirazları, hər

arrow Ətraflı
Bloqerin öz istehsal etdiyi helikopter SONU OLDU like
  • 08 Yan 13:30  
Dünya Bloqerin öz istehsal etdiyi helikopter SONU OLDU

Çində bir məzmun yaradıcısı öz dizayn etdiyi helikopterlə TikTok-da canl

arrow Ətraflı
Elşad Xose həbs olundu like
  • 08 Yan 13:24  
Şou-biznes Elşad Xose həbs olundu

Məşhur reper Elşad Xose həbs olunub.

arrow Ətraflı
"Pişiyəitə çəkdiyiniz sığalı ərinizə də çəkin" like
  • 08 Yan 13:15  
Şou-biznes "Pişiyəitə çəkdiyiniz sığalı ərinizə də çəkin"

Bəzi xanımlar ərini heyvandan da aşağı görürlər”

arrow Ətraflı
34 yaşlı kişi əməliyyatda ÖLDÜ like
  • 08 Yan 13:14  
Digərləri 34 yaşlı kişi əməliyyatda ÖLDÜ

Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.

arrow Ətraflı
Sabah qar yağacaq like
  • 08 Yan 13:10  
Digərləri Sabah qar yağacaq

Yanvarın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı